PAŞA Kapital: Qiymətli kağızlara daha çox sağlam investisiya aləti kimi baxılır (FOTO/VİDEO)

PAŞA Kapital: Qiymətli kağızlara daha çox sağlam investisiya aləti kimi baxılır (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycanda qiymətli kağızlar bazarında baş verən dəyişikliklər haqqında sualları “PAŞA Kapital İnvestisiya Şirkəti”nin direktor müavini Mirsəyyad Mahmudov cavablandırıb.

- Mirsəyyad müəllim, uzun müddət idi ki, qiymətli kağızlar bazarında aktivlik aşağı səviyyədəydi. Bazarda əksər əməliyyatlar əsasən bu sahədən məlumatlı olan azsaylı insanlar arasında baş tuturdu. İndi necə, bazar aktivləşibmi?

- Qeyd etdiyiniz kimi, əsas iştirakçılar uzun müddətdən bəri bazarı tanıyıb-bilənlərdən, əksər hallarda banklar və digər maliyyə institutlarından ibarət idi, bazarda aparılan əməliyyatların böyük hissəsi bu müştərilərin payına düşürdü. Lakin daha sonra iqtisadiyyatımızda baş verən son dəyişikliklər, devalvasiya, bir neçə bankın bağlanması və bəzi insanların orda vəsaitlərini itirməsindən sonra insanlar alternativ investisiya alətlərini araşdırmağa və alternativ investisiya imkanlarına üstünlük verməyə başladılar. Bu yolla onlar öz risklərini diversifikasiya etmək istədilər və klassik bank məhsullarına alternativ axtarmağa başladılar. Bu zaman da qiymətli kağızlar bazarı bir növ populyarlaşmağa başladı, lakin, təbii ki, indiki vəziyyətdə belə arzuolunan səviyyədə deyil. Lakin bazarda son illərə baxanda, artıq 2016-2017-ci illərdə müəyyən dəyişikliklər var və yeni iştirakçılar bazara yavaş-yavaş gəlməyə başlayır.

- Sizcə bu aktivləşmənin səbəbi nədir?

- Bu aktivləşmənin səbəbi, məncə, iqtisadiyyatın inkişafı, inkişafın yeni fazaya keçməsi və belə deyək, insanların artıq klassik bank məhsullarından deyil də, daha alternativ, daha gəlirli, daha az riskli və yaxud da özlərinin idarə edə biləcəyi məhsullara maraq və tələbatın yaranmasından irəli gəlib.

- Qiymətli kağızların alıcıları əsasən kimlərdir? Əməliyyatlar kimlər arasında daha çox baş tutur – fiziki şəxslər, yoxsa hüquqi şəxslər?

- Hələ də qiymətli kağızlar bazarının ən aktiv iştirakçıları əsasən bank olmayan maliyyə institutlarıdır. Amma sevindirici hal ondan ibarətdir ki, onların aktivliyi, bazar payları getdikcə azalmağa başlayır. Bazara fiziki şəxslər də daxil olmağa başlayıb artıq, qeyri-maliyyə qurumlarının da marağı yaranmaqdadır. Onlar bank məhsullarını və qiymətli kağızların onlara verdiyi gəlirləri və imkanları açıq şəkildə müqayisə edir, yavaş-yavaş da bu bazara daxil olmağa başlayırlar.

- Hazırda qiymətli kağızlar bazarında ən çox alınıb-satılan kağız hansıdır?

- Xarici valyutada bu SOCAR İstiqrazlarıdır, milli manatda isə Maliyyə Nazirliyinin buraxdığı istiqrazlardır.

- Qeyd etdiniz ki, SOCAR İstiqrazları xarici valyutada ən çox alınıb-satılan kağızdır. Sizcə, bu istiqrazlara olan marağın başlıca səbəbi nədir?

- Bu kağızlar ölkənin aparıcı şirkətinə məxsusdur və, səhv etmirəmsə, yerli bazarda reytinqli və qeyri-maliyyə qurumu olan heç bir şirkət istiqraz emissiya etməmişdi. SOCAR-ın bu formada xarici valyutada istiqraz buraxması bazarda müəyyən dəyişikliklər yaratdı. Belə ki, banklarda və digər maliyyə qurumlarında çox böyük dollar likvidliyi var idi və buna görə də dollar depozitlərinin faizi çox aşağıydı və bu zaman SOCAR İstiqrazları meydana çıxdı, SOCAR bazara daxil oldu. Onlar bazarın böyük hissəsini, hüquqi və fiziki şəxsləri özlərinə cəlb etməyi bacardılar. SOCAR İstiqrazlarının əsas üstünlükləri ondan ibarət idi ki, bu alət dollarda buraxılmışdı, kifayət qədər yüksək gəlirlilik təklif edir və likvidliyi təmin olunurdu. Yəni, insanlar istiqrazın müddətinin 5 il olmasına baxmayaraq, qısamüddətli investisiyalarını SOCAR İstiqrazları vasitəsilə həyata keçirə bilirdilər.

- SOCAR İstiqrazlarının əsas üstünlükləri, onları başqa alətlərdən fərqləndirən əsas cəhətləri hansılardır?

- Qeyd etdiyim kimi, onun likvidliyi, likvidliyindən əlavə belə deyək, bazarda likvid alətlər olub, amma praktikada SOCAR-ın likvidliyinin fərqliliyi ondan ibarətdir ki, SOCAR investorlarına istiqrazları nominaldan daha aşağı qiymətlə almayacağına dair təminat verib. Bu da insanlarda ciddi bir rahatlıq yaradır. Əsas fərqlərindən biri budur. Əlavə olaraq, təbii ki, dollarda yüksək gəlirlilik təklif etməsi.

Adətən hansısa emitent valyutada yüksək gəlirlilik təklif edirsə, o zaman ortada iki hal var deməkdir: ya bu çox qeyri-sağlam emitentdir, təcili şəkildə vəsaitə ehtiyacı var və bu formada insanlardan vəsait cəlb etmək istəyir, ya da ki bu çox sağlam emitentdir. Sağlam emitentlər adətən aşağı faizlə istiqraz buraxırlar. SOCAR İstiqrazlarının yüksək faizli olması isə onları daha cəlbedici edir. Baxmayaraq ki, arqumentlər ola bilər ki, bu uzunmüddətli istiqrazlardır, yüksək faizlə olması normaldır. Lakin SOCAR-ın geri alış qarantiyası verməsi müddət arqumentini aradan qaldırır. Ona görə belə düşünmək olar ki, SOCAR bir növ bazarın inkişafı üçün öz maddi maraqlarının müəyyən hissəsini bazara qurban verib.

- Qiymətli kağızlara investisiya edənlərin əsas məqsədi pullarını artırmaqdan ibarətdir, yoxsa pullarını etibarlı yerdə saxlamaq?

- Siz bu sualı mənə 6 ay əvvəl versəydiniz, deyərdim ki, sadəcə pullarını saxlamaq. Lakin indiki dövrdə müəyyən stabillik yarandığı üçün insanlar qiymətli kağızlara hal-hazırda daha çox sağlam investisiya aləti kimi baxırlar. Onlar, təbii ki, bu sahədə investisiya edib, öz kapitallarını etibarlı surətdə saxlamaq və gəlir əldə etmək istəyirlər. Yəni, gəlir qazanmaq məqsədi də var investorlarda.

- Ümumiyyətlə, qiymətli kağızlar bazarında əsas risklər hansılardır?

- Qiymətli kağızlar bazarının əsas riskləri dedikdə, bunun digər maliyyə qurumlarına, banklara edilən invesitisiyalardan heç bir fərqi yoxdur. Riskin dərəcəsi sadəcə olaraq sizin investisiya elədiyiniz qurumun reytinqindən asılıdır. Ona görə də hər hansısa yerə investsiya etməzdən əvvəl düzgün insanlarla danışıb, düzgün analizlər aparmaq lazımdır və çalışmaq lazımdır ki, maliyyə savadlılığına diqqət yetirilsin, şirkətin imici haqqında araşdırmalar aparılsın. Başqa qeyri-adi bir risk yoxdur, təbii ki, əgər bu törəmə alətlər ilə ticarət deyil və birbaşa investisiya borc alətləridirsə, yaxud da kapital investisiyalarıdırsa, o zaman bu sadəcə borc verdiyiniz şirkətin riskidir.

- Sizcə, əhalinin qiymətli kağızlara marağını artırmaq üçün hansı addımlar atılmalıdır və hansı qiymətli kağızların buraxılması daha məqsədəuyğun sayılır?

- Bazara marağın artırılması üçün ilk növbədə əhalini, investorlarımızı bazar haqqında məlumatlandırmaq lazımdır. Bazar haqqında, düzdür, insanların məlumatları artır, SOCAR-ın apardığı marketinq siyasətində müəyyən maarifləndirmə işləri oldu, amma bu kifayət deyil. Daha çox maariflənmə olmalıdır, daha çox məlumat verilməlidir insanlara, üstünlükləri göstərilməlidir bu bazarın. O ki qaldı emitentlərə, hal-hazırda, mənim fikrimcə, valyutada və yaxud manatda qısa və ya ortamüddətli emitentlərin bazara gəlməsi bazarın inkişafı üçün daha yaxşı olardı, bazarın inkişafı üçün müəyyən təkan vermiş olardı bu hadisə. Qeyd etdiyimiz kimi, hal-hazırda iki aktiv istiqraz, iki aktiv emitent var: bunlar Maliyyə Nazirliyi və SOCAR-dır. Bu iki emitent, təbii ki, bazarda müəyyən aktivlik yaradırlar, lakin bu kifayət deyil. Təkmil bazarın olması üçün gərək onlara alternativlər təqdim olunsun və insanlar başa düşsün ki, mən pulumu A və yaxud B şirkətinə investisiya edəndə nə əldə edəcəm, risklərim nədir. Çünki insanlar klassik bank məhsullarına müraciət etdiklərində onların alternativləri olur, ona görə ki bazarda bir çox banklar var. Amma bizim bazara gəldiyimizdə isə çərçivə bir az daralır. Burda, düzdür, kifayət qədər cəlbedici gəlirlilik olsa da, seçim azdır. Bu, sadəcə Maliyyə Nazirliyidir və SOCAR-dır. Ona görə də bazarda başqa emitentlərin, SOCAR kimi qeyri-maliyyə qurumlarının olması arzuolunandır.

Rusiyada evdə qaz partlaması nəticəsində 8 nəfər yaralanıb
Rusiyada evdə qaz partlaması nəticəsində 8 nəfər yaralanıb
Dünyada ötən sutka koronavirusa 724 mindən çox yoluxma qeydə alınıb - ÜST
Dünyada ötən sutka koronavirusa 724 mindən çox yoluxma qeydə alınıb - ÜST
Türkiyədə son sutkada koronavirusdan 48 947 nəfər sağalıb
Türkiyədə son sutkada koronavirusdan 48 947 nəfər sağalıb
Loading Bars
Xəbər lenti
Meksika mətbuatında erməni təcavüzünün nəticələri, regionda münaqişə sonrası vəziyyət və ölkəmizin iqtisadi uğurları barədə danışılıb
Rusiyada evdə qaz partlaması nəticəsində 8 nəfər yaralanıb
Dünyada ötən sutka koronavirusa 724 mindən çox yoluxma qeydə alınıb - ÜST
Boksçumuz dünya birinciliyində yarımfinala yüksəlib
Türkiyədə son sutkada koronavirusdan 48 947 nəfər sağalıb
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub
Avropa Şurasının prezidenti Gürcüstana səfər edəcək
Sərbəst güləşçimiz Avropa çempionatının finalına yüksəlib
"CureVac" şirkəti İsveçrədə COVID-19- qarşı peyvəndinin sertifikatlaşdırılması üçün müraciət edib
Türkiyənin yeni səfiri Bakıdan görüntülər paylaşıb (FOTO)
Bakıda yol qəzası baş verib, tıxac yaranıb
ÜST koronavirus səbəbindən fövqəladə vəziyyəti üç ay uzadıb
Azərbaycan iqtisadiyyatına son 3 ayda yatırılan investisiyanın həcmi açıqlanıb
Azərbaycanda 3 ayda ÜDM-nin həcmi 18 milyard manatı ötüb
“Azercell Telekom” MMC-yə yeni prezident təyin olunub
COVID-19-la bağlı dünyada fövqəladə vəziyyət rejimini daha üç ay uzadılıb
Azərbaycanda bu il qaz hasilatının əsas artımı "Şahdəniz" yatağının payına düşəcək
C.Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib
“Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsinin yekun virtual sərgisi keçiriləcək
Azərbaycanın xarici ticarət dövriyyəsi 6,5 milyard dolları ötüb
Bu il 395 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
Tələbələr hansı hallarda ali məktəbdən xaric ediləcək? - Yeni qanun layihəsi
Təhsil kreditləri BU QAYDADA veriləcək
Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan layihə üzrə işlər barədə məlumat açıqlanıb
Azərbaycan Prezidentinin ADA Universitetində keçirilmiş beynəlxalq konfransdakı çıxışı dünya mediasının gündəmində
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
"MOL Group" AÇG yataqlar blokuna 120 milyon dollara yaxın əsaslı investisiya yatırıb
Şəmkirdə ev yanıb
Bir neçə kafe və restoranda kobud pozuntular aşkarlanıb - SİYAHI
Gədəbəydə çörək sexində nöqsanlar aşkarlandı (FOTO)
Azərbaycan neft məhsullarının ixracını artırıb
“Din və ideoloji təhlükəsizlik” kitabının onlayn təqdimatı keçirilib (FOTO)
"Əsas Məsələ”də Vətən müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar müzakirə olunub (VİDEO)
İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Bakı sakini qohumunun evindən 70 min manat oğurladı (FOTO/VİDEO)
Ağdam rayonunun İsmayılbəyli kəndi (FOTO/VİDEO)
Makronun səfər etdiyi şəhərdə atışma olub - Yaralanan var
Ermənistan kommunikasiya xətlərinin açılmasını ləngidir - Deputat
Ağdamda məscidlərin dağıdılmasını görmək üzücüdür - İsrailli jurnalist (VİDEO)
Mayın 9-dan 16-dək ictimai nəqliyyat işləməyəcək
Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edildi
Erməni vəhşiliklərinin tayı-bərabəri yoxdur - Arye Qut (VİDEO)
Qaradağ və Nəsimidə qaz xətləri yenilənir (FOTO)
Ermənistan radioaktiv maddələrdən təhdid kimi istifadə edir - Arzu Nağıyev
Azərbaycan və Belarus 9 milyon dollarlıq müqavilə imzalayıb
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Şirvanda əməliyyat keçirilib: 4 nəfər saxlanılıb (FOTO/VİDEO)
Azərbaycanda 995 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
“AccessBank”dan yeni əmanətçilərə bonus hədiyyə!
“Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun növbəti iclası keçirilib
İsrailli jurnalistlər Ağdamda ermənilərin dağıtdığı iki məscidi ziyarət ediblər - Trend TV-nin REPORTAJI
"YAŞAT" Fondu daha bir şəhid anası və qazinin əməliyyat xərclərini ödədi (FOTO)
Bakıda evdən külli miqdarda pul oğurlayan narkotik alverçiləri saxlanıldı (FOTO/VİDEO)
Vaksin bizi koronavirusu ağır keçirməkdən və ölüm hallarından qoruyur – Rəşad Mahmudov
Saatlıda reyd: 18 sürücü məsuliyyətə cəb edilib (FOTO)
Prezident İlham Əliyev azad edilən ərazilərin elektrik təchizatı ilə maraqlanıb
İsmayıllıda yol polisi reyd keçirib (FOTO)
NASA Marsda pilotsuz helikopterin uçuşunu həyata keçirdi (FOTO)
Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işləri həyata keçiriləcək - SƏRƏNCAM
Türk Şurasının yüksək vəzifəli nümayəndələri “ASAN xidmət”də olublar (FOTO)
Ermənistanın İsraildəki səfirinə qarşı ittiham irəli sürülüb
Bu il prokurorluqda 577 cinayət işi icrata götürülüb
Tovuzda birmərtəbəli tikili yanıb
Xəzərdə reyd - 4 gəmi istifadəçisi məsuliyyətə cəlb olundu (VİDEO)
Heydər Əliyev Mükafatı Komissiyasının tərkibində dəyişiklik edilib - Sərəncam
İranda sutka ərzində 24 min nəfər koronavirusa yoluxub, 398 nəfər ölüb
Fransa şirkəti SOCAR-ın neft-kimya kompleksinin təmirini başa çatdırıb
İran parlamenti işini 2 həftəlik dayandırır
Prezident İlham Əliyev azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə ilə bağlı sərəncam imzalayıb
Samuxda yanğın olub, 2 nəfər xəsarət alıb
Avtobus sürücülərinə peyvənd vurulur (FOTO)
Azərbaycanda büdcə kəsiri azalacaq - BVF
Azərbaycanın bir neçə ölkədə yeni səfirləri təyin edilib - SƏRƏNCAM (YENİLƏNİB)
Anar Məhərrəmov səfir vəzifəsindən geri çağırıldı
Ramiz Həsənov Azərbaycanın İspaniyada yeni səfiri təyin edilib (YENİLƏNİB)
Azərbaycanda insan alveri ilə məşğul olan 3 cinayətkar qrup zərərsizləşdirilib
“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası hazırlanacaq - İşçi qrup yaradıldı (SƏRƏNCAM)
Sabah 30 dərəcəyədək isti olacaq
Azərbaycanla Pakistan arasında daha bir saziş təsdiqlənib
Rusiyada koronavirusun iki yeni forması tapılıb
Azərbaycan-İran sərhədində atışma: 1 nəfər yaralanıb - DSX (FOTO)
"Karvan-L" şirkətlər qrupu orqanik pomidorun istehsalına davam edir (FOTO)
Füzulidə xeyli silah-sursat aşkarlanıb (VİDEO)
Ceyhun Bayramov Misirə başsağlığı verib
Qaxda qanunsuz ovla məşğul olanlar saxlanılıb
Yaponiyanın NEXI şirkəti ilə İqtisadiyyat Nazirliyi Anlaşma Memorandumu imzalayıb
Mədəniyyət Nazirliyində yeni komissiya yaradıldı
Cəbrayıl rayonunun Mehdili kəndi (VİDEO)
"MOL Group" "Azəri-Çıraq-Günəşli" üzrə hasilat həcmlərini açıqlayıb
İran Azərbaycanla preferensial ticarət müzakirələrini davam etdirir
Ermənistanda hərbi xidmət üçün yaş həddi artırılıb
Xaçmazda mağazadan oğurluğa cəhd edən dəstə yaxalandı
Neftçalada su qıtlığını aradan qaldırmaq üçün yeni layihə icra olunacaq
Daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalandı
QHT-lərə Dövlət Dəstəyi Agentliyi publik hüquqi şəxs yaradılıb - Fərman
Şanlı qəhrəmanlıq salnaməsi
Şamaxıda ilk dəfə çörəkotu əkininə başlanıb (FOTO)
Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Saatlıda yas mərasimi dayandırılıb
İrəvanın yeganə nicat yolu Bakı və Ankaradan keçir - Deputat
Bütün xəbərlər