...

Yeraltı anbarlarda 1,3 mlrd. kubmetrdən çox qaz var

İqtisadiyyat Materials 8 İyun 2017 12:13
“Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına təbii qaz vurulur.
Yeraltı anbarlarda 1,3 mlrd. kubmetrdən çox qaz var

Trend-i buradan izləyin

Bakı. Trend:

“Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına təbii qaz vurulur.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, aprel ayından ''Azneft'' İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsinin “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına 2017-2018-ci il üzrə payız-qış mövsümü üçün təbii qazın vurulmasına başlanılıb.

Qrafikə uyğun olaraq, artıq iyunun 1-dək yeraltı qaz anbarlarına 547 milyon kubmetr həcmində “mavi yanacaq” vurulub. Bu həcmin 255,5 milyon kubmetri “Qaradağ”, 291,5 milyon kubmetri isə “Qalmaz” qaz anbarlarının payına düşüb.

Hazırda ötən mövsümdən qalıq qazla birlikdə yeraltı anbarlarda aktiv qazın miqdarı 1 milyard 334 milyon 994 min kubmetrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti