...

"AtaBank"ın yeni Sahil şöbəsi istifadəyə verilib

İqtisadiyyat Materials 12 İyun 2017 13:02 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərində “AtaBank” ASC-nin yeni "Sahil" şöbəsinin açılışı olub. "28 May" metrosunun yaxınlığında, Puşkin küçəsində fəaliyyət göstərən şöbə fiziki və hüquqi şəxslərə geniş spektr bank xidmətləri göstərir.

Bankdan Trend-ə verilən məlumata görə, yeni açılmış şöbədə həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətləri, o cümlədən hesablaşma-kassa əməliyyatları, əmanətlərin qəbulu, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənişi, biznesin inkişafı üzrə məsləhətlərin verilməsi və s. xidmətlər təklif olunur.

Şöbənin açılış mərasimində “AtaBank”ın İdarə Heyəti sədrinin müavini Səbuhi Əliyev və Filiallarla iş departamentinin direktoru İlqar Sadıqov iştirak ediblər. Açılış mərasimində “AtaBank”ın İdarə Heyəti sədrinin müavini Səbuhi Əliyev bildirib ki, “AtaBank ASC-nin konsolidasiyadan sonra bazar mövqeləri əhəmiyyətli şəkildə güclənib. Hazırda “AtaBank” filial şəbəkəsinə görə 31 filial və şöbə ilə ölkə bankları arasında 5-ci yerdə qərarlaşıb”.

"AtaBank"-ın "Sahil" şöbəsi bazar ertəsindən cümə gününə kimi saat 9:00-dan 18:00-a kimi müştəriləri qəbul edir. "AtaBank"-ın yeni "Sahil" şöbəsi müştəriləri rahat və geniş ofisində görməyə şad olacaq.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 31 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər bankın internet səhifəsini ziyarət edə bilərlər - www.atabank.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti