SOCAR istiqrazlarından əhali nə qazanıb?

SOCAR istiqrazlarından əhali nə qazanıb?

Bakı. Trend:

Azərbaycanın fond bazarı tarixində ilk dəfə olaraq qiymətli kağızlarla təkrar bazardakı əməliyatların həcmi buraxılışın 80%-dən yüksək olub. İyunun 9-da Bakı Fond Birjasında SOCAR İstiqrazları ilə təkrar bazar əməliyyatlarının həcmi 80 milyon dolları keçib.

"SOCAR Capital"dan Trend-ə verilən məlumata görə, hazırda Azərbaycanın qiymətli kağızlar bazarında təqribən 10 bank və şirkətin korporativ istiqrazı dövr edir. Ötən ilin sentyabrında 100 milyon dollarlıq həcmdə buraxılan SOCAR istiqrazları bunlardan hələlik sonuncusudur.

Amma digər qiymətli kağızlardan fərqli olaraq təkrar bazarda SOCAR istiqrazlarına tələbat daha yüksək olub. Cəmi 8 ay ərzində (istiqrazların təkrar bazarı 2016-nın oktyabrında başlanıb) Bakı Fond Birjasında 80 592 ədəd İstiqraz alınıb-satılıb, əməliyatların ümumi məbləği 81,2 milyon dollara çatıb.

Hazırda bazarda bir sıra iri bankların, kredit və rabitə şirkətlərinin istiqrazları dövriyyədə olsa da, onlarla əməliyyatların həcmi olduqca aşağıdır. SOCAR İstiqrazları isə şirkətlər və əhali tərəfindən ən çox-alınıb satılan qiymətli kağız sayılır. Xüsusilə, əhali uzun müddətdən bəri ilk dəfə olaraq kütləvi şəkildə qiymətli kağızlar bazarına meyillənərək istiqraz alır.

İstiqrazları niyə alırlar?

Fond bazarı üzrə ekspert Cəfər İbrahimli bildirib ki, SOCAR İstiqrazlarının belə aktiv alınıb-satılmasının əsas səbəbi onların etibarlı və likvid olmasıdır. Onun sözlərinə görə, investorları cəlb edən əsas cəhətlər SOCAR-ın etibarlılığı - böyük aktivlərə sahib olması, şirkətdə korporativ idarəetmənin tətbiqi, hesabatlarının şəffaflığı və beynəlxalq maliyyə standartlarına uyğunluğudur.

Məhz buna görə, daxili bazar üçün buraxılmasına baxmayaraq istiqrazların alıcıları arasında xaricilər də var. İstiqrazların market-meykeri "PSG Kapital" şirkəti bildirir ki, bunlar Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna və Qazaxıstan vətəndaşlarıdır.

"Təkrar bazarda SOCAR İstiqrazları ilə əməliyyatların həcminin böyük olması ilə yanaşı, alış-satışların cari qiymətlərdən daha yüksək qiymətlə aparılması da diqqəti çəkir. Bu da istiqrazlara real tələbatın yüksək olmasının göstəricisidir" - deyə ekspert bildirib.

"Xatırladaq ki, SOCAR İstiqrazları 5 illik müddətə və illik 5% gəlirliliklə buraxılıb. İstiqrazlar üzrə faiz ödənişləri ildə 4 dəfə həyata keçirilir. 17 yanvar və 17 aprel tarixlərində həyata keçirilən faiz ödənişləri çərçivəsində istiqraz sahiblərinə hər istiqraz üçün 25 dollar olmaqla, ümumilikdə 2,5 milyon dollar vəsait ödənilib. Növbəti faiz ödənişi iyulun 17-də olacaq".

"SOCAR yeni istiqrazlar buraxmalıdır"

İstiqrazlara tələbatın böyüklüyünü onların qiymətinin yüksək olması da təsdiqləyir. Belə ki, SOCAR istiqrazlarının nominal qiyməti 1000 dollar olsa da, hazırda bazarda bu qiymətə istiqraz demək olar ki, satılmır. Əvvəlki aylarda faiz ödənişlərindən dərhal sonra qısa müddət (1-3 gün) ərzində istiqrazları 1000 dollara əldə etmək mümkün olduğu halda, indi qiymətlər daha yüksəkdir. Hətta kupon ödənişindən dərhal sonra da 1000 dollara istiqraz tapmaq mümkün deyil – qiymətlər 1003-1004 dollardan başlayır. Amma hətta bu qiymətlərlə də istiqraz alanlar, onu satmaq istəyənlərdən qat-qat çoxdur.

İstiqrazlara tələbatın yüksək olması isə yeni istiqrazların buraxılmasına ehtiyac yaradır: "Əgər istiqrazlara tələbat böyükdürsə və onların qiyməti yüksəkdirsə, şirkət tələbatı qarşılamaq üçün yeni istiqrazlar buraxmalıdır."

C.İbrahimli bildirir ki, bu üsulla SOCAR həm bazardakı tələbatı qarşılaya, həm də əlavə vəsaitlər cəlb edə bilər: "Yeni istiqrazların da elə bu parametrlərlə buraxması məqsədəuyğun olardı".

Manatla istiqrazlar da aktualdır

Ekspertin fikrincə, SOCAR öz investisiyalarının istiqamətini nəzərə alaraq, növbəti istiqrazlarını fərqli valyutalarda buraxa bilər: "Əgər vəsaitlərin böyük hissəsi daxili bazarda istifadə olunacaqsa, ən uyğun variant manatla qısamüddətli – bir illik istiqrazların buraxılması ola bilər. Amma onların cəlbedici olması üçün manatla istiqrazların gəlirliliyi Maliyyə Nazirliyinin istiqrazları və manatla qoyulan bank əmanətləri ilə rəqabət apara biləcək səviyyədə olmalıdır".

İstiqrazlar fond bazarını canlandırıb

Qeyd edək ki, SOCAR İstiqrazlarına belə böyük tələbat və alğı-satqıların artımı ölkənin qiymətli kağızlar bazarının dərinliyini və aktivliyini artırıb. Belə ki, bu ilin ilk 5 ayında Bakı Fond Birjasında bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 3,3 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,3 dəfə artıqdır. Yanvar-may aylarında korporativ istiqrazlarla təkrar bazarda aparılan əməliyyatların həcmi 93,7 milyon manat təşkil edib. Bu da əvvəlki ilin eyni dövrünə nisbətən 6,7 dəfə artıqdır. İstiqrazlarla aparılan əməliyyatların sayı isə 21 dəfə artaraq 409-a catıb. Bu əməliyyatların da böyük hissəsi məhz SOCAR İstiqrazlarının payına düşüb. Belə ki, bu dövrdə SOCAR İstiqrazları ilə 45,6 milyon dollarlıq əməliyyat aparılıb.

Mütəxəssislərin fikrincə, yeni istiqraz buraxılışları bazardakı aktivliyi davam etdirməyə, eləcə də qiymətli kağızlar sektoruna sarmayələri artırmağa imkan verəcək.

Finlandiya kosmosa ilk dəfə taxta peyk göndərəcək
Finlandiya kosmosa ilk dəfə taxta peyk göndərəcək
Parisdə xəstəxana yaxınlığında atışma olub - Ölən  var
Parisdə xəstəxana yaxınlığında atışma olub - Ölən var
Rusiyada fabrik yanır - Ölən və yaralananlar var
Rusiyada fabrik yanır - Ölən və yaralananlar var
Loading Bars
Xəbər lenti
ABŞ-da naməlum şəxs məktəbdə atışma törədib, ölən var
Rusiyanın şərqində zəlzələ baş verib
Meksika radiosunda Azərbaycan tərəfindən Qarabağda aparılan yenidənqurma işləri üçün mövcud maneələr haqda danışılıb
Dünyanın ən hündür “Bürc-Xəlifə” qülləsində kosmosa ilk uçan Yuri Qaqarinin şəkili əks olunub
Çavuşoğlu və Blinken Əfqanıstan və Suriyadakı sülh prosesini müzakirə ediblər
Hindistan Rusiyanın “Sputnik V” peyvəndini istifadə üçün təsdiqlədi
Türkiyədən Azərbaycana işləmək məqsədilə gələnlərin sayı azalıb
Dünyada koronavirusa yoluxanların sayı 135,6 milyonu ötüb - ÜST
Naxçıvanda yük daşımalarının həcmi artıb
Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsinin növbəti qonağı Vüqar Bayramov olub (FOTO)
Prezidentlik dövrünün ən gərgin və ən zəngin mərhələsi: İlham Əliyevi güclü edən xalq-iqtidar birliyidir
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - İtaliyalı parlamentari
Qarabağ münaqişəsi ilə bağlı hər şeyi sıfırdan başlamağı ancaq özünə və xalqına güvənən bir Lider bacara bilərdi - Aydın Quliyev
"Maersk Explorer" "Şahdəniz" yatağında qazma işlərini başa çatdırıb
Prezident İlham Əliyev xalq-iqtidar birliyindən güc alaraq qarşıda duran vəzifələri şərəflə yerinə yetirir - Politoloq
Hərbi Qənimətlər Parkı aprelin 14-dən vətəndaşlara açıq olacaq
Naxçıvanda ÜDM artıb
Azərbaycan pomidor ixracı potensialını 30 faizdən çox yüksəldib
Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə təcavüzü davam etdirir - Deputat
Goranboyda qayda pozan sürücülər məsuliyyətə cəlb edilib (FOTO)
Naxçıvan Muxtar Respublikasında sənaye istehsalı 250 milyon manatı ötüb
Xalq Cəbhəsi - “Müsavat” cütlüyünün hakimiyyəti dövründə ölkə idarəolunmaz vəziyyətə düşmüşdü - Deputat
Ramazan ayını karantin qaydalarına uyğun keçirməliyik - Hacı Şahin
Füzulidə polis və hərbi qulluqçu avtomobllə vurulub
50 obyektdə epidemiya əleyhinə rejim pozulub
Kommersiya şirkətlərinin mühasibləri və mühasibatlıq xidmətləri həyata keçirən şirkətlərin nümayəndələri ilə görüş keçirilib
Finlandiya kosmosa ilk dəfə taxta peyk göndərəcək
Ceyhun Bayramov Maldivin xarici işlər naziri ilə telefonla danışıb
Milli Məclisin işçi qrupu İtaliya nümayəndə heyəti ilə müzakirələr aparıb (FOTO)
Azərbaycan Prezidenti: Heydər Əliyevin bütün vəzifələrdən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü
“Əsas Məsələ”də Hərbi Qənimətlər Parkının açılışı müzakirə olunub (VİDEO)
Daha 35 min abonentin qaz təchizatı yaxşılaşdırılır (FOTO)
Prezident İlham Əliyev: Bütün türk dünyası bizim qələbəmizlə fəxr edir
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat hakimiyyəti Ermənistana benzin satırdı
Azərbaycan Prezidenti: Biz qan tökərək yeni reallıq yaratmışıq, bu gün hər kəs bizimlə hesablaşmalıdır
Azərbaycan Prezidenti: Bu gün Ermənistanda bəzi revanşist qüvvələr də bilməlidir, dəmir yumruq yerindədir
Prezident İlham Əliyev: Ermənistan bizim qarşımızda boynunu bükmüş ölkədir və həmişə belə olacaq
Prezident İlham Əliyev: Mən nə qədər təzyiqlə üzləşdim. Dedim, vermirsən, cəhənnəmə vermə
Azərbaycan Prezidenti: Müharibə gedə-gedə bizə qarşı sanksiyalar tətbiq etmək istəyirdilər
Çaylarda ən müasir avtomat hidroloji stansiyalar istismara verilib (FOTO)
Prezident İlham Əliyev İrəvanın Ermənistana verilməsi haqqında: Mən bunu qınamışam, biz tarixi malalamamalıyıq
Rusiya Azərbaycanın daha bir neçə müəssisəsindən pomidor ixracı qadağasını götürdü
Zaqatalada 10 il əvvəl qətl törədən şəxsə hökm oxunub
Prezident İlham Əliyev: Demişdim ki, bizim torpağımızda heç vaxt ikinci erməni dövləti yaradıla bilməz
Prezident İlham Əliyev: Qarabağ məsələsində bir faiz güzəştə getmədim
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyünün tör-töküntüləri hərbi çevriliş etmək istəmişdilər, alınmadı, xalq dəstəkləmədi
Aprelin 13-nə USD/AZN rəsmi məzənnəsi
Prezident İlham Əliyev: On min fərarisi olan ordu biabırçılıq və rəzalətdir
Azərbaycan Prezidenti: Söz vermişdim ki, ərazi bütövlüyünü qoruyacağam və bu sözə əməl etdim
Prezident İlham Əliyev AXC-Müsavat cütlüyü haqqında: Öz canlarını qurtarmaq üçün o vaxt məcbur olub Heydər Əliyevə müraciət etdilər
TamKart və IBA Miles sahibləri kart qalığından da qazanır!
Prezident İlham Əliyev: O vaxt müdafiə naziri söz vermişdi, əgər Şuşa əldən getsə, öz başına güllə çaxacaq
Azərbaycan Prezidenti: Dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi
Azərbaycan Prezidenti: Ovaxtkı xunta başçısı Sarkisyan acı məğlubiyyətdən sonra mənə torpaqları qaytarmaq sözü vermişdi
Yasamalda bir ailənin üzvlərinə odlu silahdan atəş açan şəxs saxlanıldı (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Müharibənin getdiyi dövrdə göstəriş vermişdim ki, nömrələr yığılsın
Prezident İlham Əliyev: Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun gücünü görəcək
Azərbaycan Prezidenti: Biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq
Prezident İlham Əliyev: Haradandır “İsgəndər-M” raketləri Ermənistan ordusunda?
Yelo Bank tələbələrə karyera imkanları yaratmağa davam edir
“Nar” paytaxt və regionlarda yenilənmiş xidmət mərkəzlərini təqdim edir (FOTO)
Arvadını öldürən şəxsin işi məhkəməyə göndərildi
Ceyhun Bayramov İtaliya Senatının Komissiya sədri ilə görüşüb (FOTO)
Parisdə xəstəxana yaxınlığında atışma olub - Ölən var
Azərbaycanla İtaliya arasında əməkdaşlığın inkişafı müzakirə olunub
“Mozalan” efirə qayıdır (VİDEO)
Revanşist iddialar Ermənistanı məhvə apara bilər - Deputat
"Ziraat Bank" Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayıb
Kürdəmirin sabiq icra başçısının həbs müddəti uzadıldı
Neftçalanın 14 kəndi içməli su ilə təmin edilir - "Azərsu"
DİN Neftçalada 16 yaşlı əqli zəif qızla bağlı yayılan ittihamlara cavab verdi
AzMİU-da vaksinasiya prosesi uğurla davam edir
Özünüməşğulluq proqramında yeni sahə - BARAMAÇILIQ
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda 1 151 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
Daha 70-ə yaxın jurnalist vaksinasiya olundu
Cəlilabadın sabiq icra başçısının həbs müddəti uzadıldı
Şəmkirdə tanışını qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Azərbaycanda postmüharibə dövrü üçün əhatəli sosial dəstək proqramı hazırlanıb - Səttar Möhbalıyev
Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanının nəticələri elan olunub
Rusiyada fabrik yanır - Ölən və yaralananlar var
Yanvar-mart aylarında qeyri-neft məhsullarının ixracı 501,6 milyon dollar təşkil edib - Nazir
Xaçmazın icra başçısı topçu Vüsalı evində ziyarət etdi (FOTO)
Əlilliyi olan 2 731 şəxsə 11 212 reabilitasiya vasitəsi verilib
Oğuzda reyd: Piyada və sürücülərə xəbərdarlıq edildi (FOTO)
Millət vəkili Sevil Mikayılova növbəti dəfə Xaçmazda seçicilərilə görüşüb (FOTO)
Ağdaşda çay hövzəsini çirkləndirən bələdiyyə sədrinə təmizlik üçün məcburi göstəriş verildi
Dünya əhalisinin yalnız 5 faizdən çoxu peyvəndlənib - "Bloomberg"
Türkiyədə turizm sektorunda çalışanlar vaksinasiya olunub
Abşeronda karantin rejimini pozaraq fəaliyyət göstərən çay evləri aşkarlanıb (FOTO/VİDEO)
Heydər Əliyev Beynəlxalq Aeroportu COVID-19-a qarşı təhlükəsizlik tədbirləri üzrə ən yüksək reytinqə layiq görülüb
Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ!
Metro qatarlarının baxış-təmir sahələrində daha bir yenilik tətbiq edilir (FOTO)
Macarıstan TV-ləri ilə AzTV-nin əməkdaşlığı genişləndirilir - Göstəriş verilib
Mənzil İnşaatı Dövlət Agentliyi 5 ildir vətəndaşlara xidmət edir (FOTO)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Hərbi Qənimətlər Parkı: Gələcək nəsillərə örnək, düşmənə əbədi gözdağı – Trend TV-nin REPORTAJI
Bakının məşhur prospekti "8 Noyabr" adlandırılır
Cəlilabadda toy mərasimi keçirənlər cərimələnib
Balaxanı Sənaye Parkında yeni müəssisələr yaradılır - Sərəncam
Bütün xəbərlər