...

"Unibank" Ramazan bayramı münasibətilə kampaniya keçirir

İqtisadiyyat Materials 20 İyun 2017 11:27
"Unibank" Ramazan bayramı münasibətilə kampaniya keçirir.
"Unibank" Ramazan bayramı münasibətilə kampaniya keçirir

Trend-i buradan izləyin

Bakı. Trend:

Kreditdə, faizdə, kartın qiymətində, alış-verişdə endirim, üstəlik kredit komissiyası 0% - bunlar "Unibank"ın müştərilərinə bayram hədiyyəsidir. "Unibank" Ramazan bayramı münasibətilə müştərilərinə çoxsaylı hədiyyələr hazırlayıb.

Bankdan Trend-ə verilən məlumata görə, iyunun 23-dək Unibankın məhsul və xidmətlərindən istifadə etmək istəyənləri bank filiallarında böyük sürprizlər gözləyir.

Ramazan kampaniyasına nələr daxildir?

Hər kəs üçün komissiyasız kredit və üstəlik kreditin illik faiz dərəcəsinə 2%-dək ENDİRİM;
ALBALI PLUS kredit komissiyasına 50 % ENDİRİM;
ALBALI PLUS debet Gold və ALBALI PLUS debet Platinum kartlarının qiymətlərinə 50 % ENDİRİM;.
Depozit qutularına xidmət haqqına ENDİRİM- 2 aylıq ödənişlə 3 aylıq istifadə imkanı;
"Unibank" kartları ilə marketlərdə edilən alış-verişlərə əlavə 1 ay ödəmək imkanı, 3, 4 və 6 aylıq bütün hissəli alış-verişlərə bank tərəfindən də əlavə 3 ay HƏDİYYƏ (23-28 iyunda)
Partnyor mağazalarda xüsusi ENDİRİMLƏR;
ALBALI PLUS debet kartı cəmi 3 AZN/USD (Unibank Mobile-dan sifariş zamanı isə 2 AZN/USD)

"Unibank" hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək fəaliyyət göstərir. Banka gəlmədən də bank xidmətlərinin əksər hissəsindən Unibank Mobile-ın köməyi ilə istifadə etmək, nağd kredit və kart sifarişini həyata keçirmək mümkündür.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

"Unibank" - hər kəsin bankı!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti