...

Uğurlu biznesinizi "BSC Consulting & Outsourcing" şirkəti ilə addımlayın (FOTO)

İqtisadiyyat Materials 31 Oktyabr 2017 12:41 (UTC +04:00)
Sumqayıt şəhərində “Sülh Plaza” Biznes mərkəzində “BSC Consulting & Outsourcing" şirkətinin regional filialının açılışı olub.
Uğurlu biznesinizi "BSC Consulting & Outsourcing" şirkəti ilə addımlayın (FOTO)

Bakı. Trend:

Sumqayıt şəhərində “Sülh Plaza” Biznes mərkəzində “BSC Consulting & Outsourcing" şirkətinin regional filialının açılışı olub.

Şirkətdən Trend-ə verilən məlumata görə, açılışda şirkətin rəhbəriyi və dəvət olunmuş qonaqlar iştirak ediblər. Yeni filialın yaranma məqsədi Sumqayıt şəhərində yerləşən, şirkətlərə bizneslərinin inkişafı üçün konsatlinq xidmətlərin göstərilməsidir.

Qeyd edək ki, “BSC Consulting & Outsourcing" artıq 20 ilə yaxındır ki, yerli və xarici şirkətlərə hüquq, maliyyə, mühasibatlıq və insan resurları xidmətləri göstərərək bazardakı layiqli yerini qoruyur. 1997-ci ildən bu yana Azərbaycanda ən tanınmış brend şirkətlərin etibarını qazanaraq onların inkişafına öz tövhəsini verib. Şirkətin əsas missiyası dünyanın aparıcı konsaltinq şirkətlərinin beynəlxalq təcrübəsindən istifadə edərək hər bir müştəriyə hüquq, mühasibatlıq, kadr və insan resursları, idarəetmə, marketinq xidmətləri sahəsində artan ehtiyaclarını yüksək səviyyədə təmin etməkdir.

Elə məhz bu sadalanan xidmətlərin daha da əlçatılan olması üçün şirkət rəhbərliyi Sumqayıt şəhər filialının açılışını təşkil edib. Açılışda “BSC Consulting & Outsourcing"-in rəhbəri İkram Mütəllimov şirkətin bugünə qədər gördüyü işlərdən, uğurlarından, müştərilərə göstrilən xidmətlərdən və gələcək planlarından danışıb. Tədbirdə şirkətin müştəriləri də qonaq qismində iştirak edib. Onlardan "Technol", "Powersoft Integration", "İmplant Stomatology", "Sumqayıt Texnologiyalar Parkı", "Doktor Az Klinikası", "Sumqa-lit Turizm", “Dove” MMC çıxış edərək, “BSC Consulting & Outsourcing"-i təbrik edib və uğurlar diləyiblər.

Lentlər kəsildkdən sonra baş tutan açılış mərasiminin rəsmi hissəsi bitdikdən sonra qeyri-rəsmi hissəsi başlayıb. Qeyri-rəsmi hissə skripka müşayəti və furşet ətrafında davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti