...

"Nağdsız ödə, nağd qazan" kampaniyasında 18 131 manat mükafat qazanılıb

İqtisadiyyat Materials 29 Noyabr 2017 10:46 (UTC +04:00)
"Nağdsız ödə, nağd qazan" kampaniyasında 18 131 manat mükafat qazanılıb

Bakı. Trend:

“AtaBank” ASC-nin 1 may 2017-ci il tarixindən start verdiyi "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyası çərçivəsində 28 337 ədəd lotereya kuponları paylanılıb və uduş kampaniyasında iştirak edən müştərilərin lotereya kuponları əsasında 18 131 manat pul mükafatı qazanılıb.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

Kampaniya 1 May 2017-ci il tarixindən başlayıb və 31 dekabr 2017-ci il tarixinədək davam edəcək. Lotereyada "AtaBank" ASC tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan rezident şəxslər iştirak edə bilərlər.

Hər il olduğu kimi “AtaBank” ASC kartları ilə ödəniş edən və çekləri təqdim edən kart sahiblərinə hər 10 manatlıq çek üçün bir kupon təqdim edilir. Digər bankların kartları ilə ödəniş edənlər isə 20 manatlıq alış-veriş çekinə görə bir kupon əldə edilər.

Ani stimullaşdırıcı lotereya kuponlarının əldə edilməsi üçün kart istifadəçisi təqvim ayı ərzində "AtaBank" ASC-nin POS-terminallar şəbəkəsində nağdsız aparılmış əməliyyatlar üzrə çekləri toplayaraq bankın istənilən filial və ya şöbəsinə müraciət etməlidir.

Kampaniya şərtləri ilə daha ətraflı şəkildə tanış olmaq üçün 136 məlumat mərkəzinə əlaqə saxlaya bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti