...

Azərbaycanın ixrac missiyası Ciddəyə gedəcək

İqtisadiyyat Materials 4 Dekabr 2017 14:29 (UTC +04:00)
“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə növbəti ixrac missiyası 6-8 dekabr tarixlərində Səudiyyə Ərəbistanın Ciddə şəhərində olacaq.
Azərbaycanın ixrac missiyası Ciddəyə gedəcək

Bakı. Trend:

“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə növbəti ixrac missiyası 6-8 dekabr tarixlərində Səudiyyə Ərəbistanın Ciddə şəhərində olacaq.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilən ixrac missiyasına müsabiqə əsasında seçilmiş və istehsalı və emalı sahəsində fəaliyyət göstərən 13 şirkət daxildir.

İxrac missiyası çərçivəsində Azərbaycan sahibkarları Səudiyyə Ərəbistanının iri market şəbəkələrində olacaq, ərəb şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti