...

Nazir: Əlillik haqqında arayışların yarıdan çoxu saxtadır

İqtisadiyyat Materials 16 Yanvar 2018 12:07 (UTC +04:00)
Əlillik haqqında arayışı xüsusi xəstəxanalar verəcək.
Nazir: Əlillik haqqında arayışların yarıdan çoxu saxtadır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə əlillik haqqında arayışı yalnız Səhiyyə Nazirliyinin müəyyən etdiyi xüsusi xəstəxanalar verəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin səhiyyə naziri Əhməd Dəmircan bildirib.

Ə.Dəmircan deyib ki, aparılan araşdırmalar son bir il ərzində əlilliklə bağlı verilən arayışların yarıdan çoxunun saxta olduğunu göstərib: “Bu məsələ ilə bağlı araşdırma aparılır və cinayət işi başlanıb”.

Nazir qeyd edib ki, bütün bunlarla yanaşı, xüsusi xəstəxanaların əməkdaşları bundan sonra özləri əlil vətəndaşların evinə gedəcək və orada müayinə aparacaqlar.

Məlumat üçün bildirək ki, statistikaya əsasən Türkiyədə 5 milyon əlilliyi olan şəxs var və bu, ölkə əhalisinin 6,6%-ni təşkil edir. Əlillərin 42,8%-i kişi, 57,2%-i isə qadındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti