...

Azərbaycanda sənaye tullantılarından gübrə hazırlanacaq

İqtisadiyyat Materials 24 Yanvar 2018 18:16 (UTC +04:00)
Bir qrup alim tərəfindən faydalı qazıntı və sənaye tullantılarından səmərəli istifadə etməklə gübrə əldə olunması üçün yeni texnoloji üsul üzərində tədqiqatlar aparılır.
Azərbaycanda sənaye tullantılarından gübrə hazırlanacaq

Bakı. İlhamə Isabalayeva - Trend:

Bir qrup alim tərəfindən faydalı qazıntı və sənaye tullantılarından səmərəli istifadə etməklə gübrə əldə olunması üçün yeni texnoloji üsul üzərində tədqiqatlar aparılır.

Trend -in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov bölmənin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında məruzə ilə çıxış edərkən deyib.

Akademik bildirib ki, nəticə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təcrübədən keçirilib. Yaxın vaxtlarda tədqiqatın nəticəsi AMEA Yüksək Texnologiyalar Parkında test ediləcək.

F.Qədirov qeyd edib ki, keçən il bölmə üzrə 14 problemi əhatə edən 41 mövzu ilə bağlı tədqiqatlar aparılıb.

F.Qədirov əlavə edib ki, Azərbaycanın landşaft xəritəsi və ümumtəhsil məktəblərinin 6-11-ci sinifləri üçün coğrafiya fənni üzrə bir atlas çap olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti