...

AtaBank-dan növbəti Novruz kampaniyası

İqtisadiyyat Materials 14 Mart 2018 11:29 (UTC +04:00)
"AtaBank" Novruz bayramı kampaniyası çərçivəsində Lider təcili pul köçürmə sistemi üzrə komissiyanı endirib.
AtaBank-dan növbəti Novruz kampaniyası

Bakı. Trend:

"AtaBank" Novruz bayramı kampaniyası çərçivəsində Lider təcili pul köçürmə sistemi üzrə komissiyanı endirib.

Bankdan Trend-ə verilən məlumata görə, 30.04.2018-ci il tarixinədək davam edəcək kampaniyada xidmət haqqı üzrə komissiyanın minimum həddi 0.9 %-dək endirilib.

Xatırladaq ki, “Pul köçürənə/alana mobil danışıq dəqiqələri hədiyyə” aksiyası hələ də davam edir. Aksiyanın şərtlərinə əsasən, "AtaBank"ın filial və şöbələrində ən azı 1000 - 2000­ ­AZN/EUR/USD və ya 58 min RUB-dan yuxarı pul köçürənə və ya alana 1 manatlıq, 2001 AZN/ USD/EUR və ya 120 min RUB-dan yuxarı pul köçürənə və ya alana 2 manatlıq, 3501­ AZN/EUR/USD və ya 200 min RUB-dan yuxarı pul köçürənə isə 3 manatlıq mobil danışıq dəqiqələri hədiyyə olunur.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəsi vasitəsilə korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti