...

Maliyyə Bazarlarına Nəzarət Palatası çirkli pulların yuyulması ilə bağlı “Compliance” seminarı keçirib

İqtisadiyyat Materials 16 Mart 2018 14:35 (UTC +04:00)
15 bank və Palatanın əməkdaşlarının iştirak etdikləri tədbirdə Lüksemburqun “Deloitte” nümayəndəliyindən dəvət olunmuş təlimçi ekspert Bastien Kolet təqdimat ilə çıxış edib.
Maliyyə Bazarlarına Nəzarət Palatası çirkli pulların yuyulması ilə bağlı “Compliance” seminarı keçirib

Bakı. Trend:

Prezidentin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”də nəzərdə tutulmuş maliyyə savadlılığının artırılması istiqamətində icra olunan tədbirlər çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) və “Deloitte” şirkəti tərəfindən çirkli pulların yuyulmasına həsr edilmiş “Compliance” seminarı keçirilib.

Palatadan Trend-ə verilən məlumata görə, 15 bank və Palatanın əməkdaşlarının iştirak etdikləri tədbirdə Lüksemburqun “Deloitte” nümayəndəliyindən dəvət olunmuş təlimçi ekspert Bastien Kolet təqdimat ilə çıxış edib.

Seminar çərçivəsində banklarda daxili nəzarət sistemi, çirkli pulların yuyulması (komplayns), maliyyə institutlarının nəzarətini həyata keçirən dövlət orqanlarının nəzarət mexanizmləri, tətbiq olunmuş cərimələr, maliyyə institutlarının maliyyə monitorinq və nəzarət orqanları ilə əməkdaşlığının beynəlxalq təcrübəsi və yeniliklər barədə ətraflı məlumatlar təqdim edilib, həmçinin sözügedən mövzular ətrafında fikir mübadiləsi aparılıb və təkliflər dinlənilib.

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az səhifəsi və [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti