...

Maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının illik toplantısında iştirak edəcək

İqtisadiyyat Materials 1 May 2018 12:13 (UTC +04:00)
3-6 may tarixlərində Filippinin paytaxtı Manila şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 51-ci illik toplantısı keçiriləcək.
Maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının illik toplantısında iştirak edəcək

Bakı. Trend:

3-6 may tarixlərində Filippinin paytaxtı Manila şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 51-ci illik toplantısı keçiriləcək.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, toplantıda Azərbaycanı maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

İllik toplantıda üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alim və ekspertlər Asiya və Sakit okean bölgəsinin daha da inkişafı və institusional məsələləri müzakirə edəcəklər.

İllik toplantı çərçivəsində maliyyə naziri Samir Şərifovun bir sıra ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulub.

1966-cı ildə yaradılan AİB-in baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-a 1999-cu il dekabrın 22-də üzv qəbul olunub. Azərbaycan bankın Rəhbərlər Şurasının 2015-ci ildə keçirilən 48-ci illik toplantısına ev sahibliyi edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti