Bakı. Trend:
Azərbaycanda Mercedes-Benz avtomobillərinin rəsmi dileri - “Abşeron Avtomobil Mərkəzi” MMC “Premium Servis Plyus” loyallıq proqramını işə salır.
Trend-in məlumatına görə, “Premium Servis Plyus” yaşı 8 ildən çox olan (01.01.2011-ci il tarixədək istehsal edilmiş) Mercedes-Benz avtomobillərinin sahibləri üçün tətbiq edilir və orijinal ehtiyat hissələrinə 20%-ə qədər endirimlər, həmçinin, avtomobillərə Azərbaycanda Mercedes-Benz-in rəsmi servis stansiyası - “Abşeron Avtomobil Mərkəzi” MMC-də xidmət göstərilməsi şərtilə göstəriləcək xidmətlərə 30% endirim nəzərdə tutur.
Əlavə məlumatı məsləhətçilərdən alacaqsınız.
Mərkəz aşağıdakı ünvanda yerləşir: Sumqayıt şossesi, 6-cı km.
Aksiyanın şərtləri haqqında daha ətraflı məlumatı +994 12 347 75 00 nömrəli telefona zəng vurmaqla ala bilərsiniz.