...

“Bakcell” rabitə kəsintiləri ilə bağlı bütün lazimi tədbirlər görəcək

İqtisadiyyat Materials 3 İyul 2018 13:32 (UTC +04:00)
Azərbaycan Respublikasının ərazisində elektrik enerjisinin təchizatında yaranmış problem ilə əlaqədar olaraq ölkənin bir neçə bölgəsində yerləşən mobil baza stansiyalarin elektrik təchizatında yaranmış fasilələr aradan qaldırılıb.
“Bakcell” rabitə kəsintiləri ilə bağlı bütün lazimi tədbirlər görəcək

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycan Respublikasının ərazisində elektrik enerjisinin təchizatında yaranmış problem ilə əlaqədar olaraq ölkənin bir neçə bölgəsində yerləşən mobil baza stansiyalarin elektrik təchizatında yaranmış fasilələr aradan qaldırılıb.

“Bakcell” şirkətindən Trend-ə verilən məlumata görə, dayanıqlı mobil rabitə xidmətlərin bərpa edilməsi istiqamətində bir sıra tədbirlər görülüb və xidmətlərin kəsintisiz göstərilməsi təmin edilib. Buna baxmayaraq, ölkə ərazisində elektrik enerjisinin verilməsi tam bərpa olunana kimi mobil rabitə xidmətlərinin göstərilməsində fasilələr yarana bilər. Bakcell bundan sonra baş verə biləcək rabitə kəsintilərin tez bir zamanda aradan qaldırılması üçün bütün lazımi tədbirlər görəcək.

Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti