...

Bank Respublika ipoteka portfelini 22% artırdı

İqtisadiyyat Materials 12 İyul 2018 14:41 (UTC +04:00)
Ölkədə ipotekanın inkişaf etdirilməsi hər zaman Bank Respublikanın fəaliyyətinin mühüm istiqamətlərindən biri olub.
Bank Respublika ipoteka portfelini 22% artırdı

Bakı. Trend:

Ölkədə ipotekanın inkişaf etdirilməsi hər zaman Bank Respublika-nın fəaliyyətinin mühüm istiqamətlərindən biri olub.

Trend-in məlumatına görə, hazırda bank ipoteka kreditləşməsi sahəsində aparıcı mövqeyini qoruyub saxlayır və bu istiqaməti fəal inkişaf etdirir.

2018-ci ilin 6 ayının yekunları üzrə Bank 6 mln. manat məbləğində 71 ipoteka krediti verib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 25% çoxdur. Bununla bərabər ipoteka portfeli 22% artaraq 34 mln. manat təşkil edib.

“Bu göstərici, ipoteka kreditləşməsi prosesində iştirak edən Bankın hər bir işçisinin səmərəli işinin nəticəsidir. İpoteka bank biznesinin pərakəndə seqmentində mühüm istiqamətlərdən biri sayılır.Biz müştərilərin ehtiyaclarını yaxşı bilirik və onları kreditlə ev almaq üçün ən cəlbedici şərtlərlə təmin etməyə hazırıq.İpoteka krediti müştəri ilə bank arasında uzunmüddətli qarşılıqlı əlaqələri nəzərdə tutur, buna görə də müştəriyə tariflər üzrə əlverişli şəraitlə yanaşı yüksək keyfiyyətixidmətin təklif edilməsi xüsusilə vacibdir”, – deyə bankın İdarə Heyətinin sədri Asəf Namazov qeyd edib.

Bank Respublika müştərilərinə əlverişli şərtlərlə ipoteka krediti almaq imkanı verir. Mənzil almaq istəyənlər mənzil qiymətinin ilkin ödənişinin 25%-ni ödədikdə, 150 min manata qədər kredit ala biləcəklər. İpoteka kreditləri 7%-dən başlayan illik faiz dərəcəsi ilə verilir.

Qeyd edək ki, Bank Respublika Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun səlahiyyətli banklarından biridir. İpoteka kreditləri bankın bütün filiallarında verilir.

Bankın ipoteka kreditinin üstünlüklərindən biri də Mobil Şöbə və İnternet Şöbə xidmətlərindən pulsuz istifadədir. Bu xidmətlər sayəsində asanlıqla və banka gəlmədən ipoteka kreditini ödəyə bilərsiniz. Avtomatik ödəniş xidməti eyni zamanda ödəmənin hər ay xatırlanması zərurətini aradan qaldıracaq, lakin ödəmənin təyin edilmiş məbləğə və ödəniş tarixinə uyğun olaraq avtomatik olaraq ödənilməsini təmin edəcəkdir.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti