...

“AzerGold” QSC fəaliyyətini elektronlaşdırır (FOTO)

İqtisadiyyat Materials 16 İyul 2018 12:40 (UTC +04:00)

Bakı. Trend:

"AzerGold" QSC fəaliyyətini elektronlaşdırır.

QSC-dən Trend-ə verilən məlumata görə, "AzerGold" QSC-də "ERP – Enterprise Resource Planning" (Müəssisə Resurslarının Planlaşdırılması) sistemi və elektron sənəd dövriyyəsi sistemlərinin təqdimatı keçirilib. Tədbirdə informasiya kommunikasiya texnologiyalarının təminatı şöbəsi qeyd olunan sistemlərin uğurlu tətbiqi ilə cəmiyyətdə maliyyə, təchizat, insan resursları və anbar təsərrüfatı üzrə mərkəzləşdirilmiş elektron sisteminin yaradıldığını qeyd edərək elektron sənəd dövriyyəsi sisteminin tətbiq olunduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, ERP sistemi müasir texnologiya və proqram təminatının dəstəyi ilə real zaman çərçivəsində əsas biznes proseslərinin kompleks idarəetməsidir. Cəmiyyətdə ERP sisteminin qurulması üçün tətbiq olunan SAP B1 proqram təminatı həm Azərbaycanın aparıcı istehsalçı şirkətləri tərəfindən, həm də inkişaf etmiş ölkələrdə geniş istifadə olunur. Bu müasir və innovativ sistemlərin tətbiqi sənəd dövriyyəsinin sürətləndirilməsi və cəmiyyətin fəaliyyətinin elektronlaşdırılması ilə yanaşı, şəffaflığın təmin edilməsinə də öz əhəmiyyətli töhfəsini verəcək.

Tədbir çərçivəsində, həmçinin şöbə rəhbərləri hesabatlarla çıxış edib, birinci yarımilliyin nəticələri və qarşıda duran vəzifələr geniş müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti