...

Müştərilər MCS agentliyinin xidmətini yüksək qiymətləndirir

İqtisadiyyat Materials 23 İyul 2018 14:41 (UTC +04:00)
Sorğuda işitirak edənlərin 57 faizi şirkətə 5 qiyməti verdi
Müştərilər MCS agentliyinin xidmətini yüksək qiymətləndirir

Bakı. Trend:

Media Consulting and Services media monitorinq xidmətinin keyfiyyətini öyrənmək və müştəri məmnunluğunun səviyyəsini ölçmək məqsədilə müştəriləri arasında sorğu keçirib.

Müştərilərin 35%-ni əhatə edən araşdırma Google-un sorğu forması vasitəsilə aparılıb. Müştəri məmnunluğunu və xidmətin keyfiyyətini ölçmək üçün aparılan sorğuda respondentlərə 4 sual təqdim olunub və cavablar anonim şəkildə qəbul olunub.

Sorğuya qatılan müştərilər şirkətin təqdim etdiyi xidmətə 5 ballıq sistemdə 57%-i “əla”, 40%-i “yaxşı”, 3%-i isə “kafi” qiymətini verib.

İştirak edənlərin 87%-i problemlərin tez, 10%-i gec aradan qaldırıldığını, 3%-i heç aradan qaldırılmadığını qeyd edib. Müştərilərin 50%-i şirkətin xidmətindən istifadə edən gündən indiyə qədər bir problemlə qarşılaşmadığını və ya problemin olmadığını, 5%-i qəzet məlumatlarının gec gəlməsi, 5%-i xəbərlərin gecikməsi, 5%-i medianı tam əhatə edə bimədiyimizi qeyd edib. Respondentlərin 35%-nin verdiyi cavablar isə şirkət tərəfindən ünvanlan suallara uyğun olmayıb. Sorğuda iştirak edən müştərilər media monitorinqlə bağlı MCS-ə çoxsaylı arzu və təkliflərini bildirib.

Media Consulting and Services öz müştərilərinə sorğuda iştirak etdiklərinə və səmimi cavab verdiklərinə görə təşəkkür edir.

Şirkət öz fəaliyyətində müştəri məmnunluğunu əsas tutaraq, irəli sürülən bütün təklif və şərhləri diqqətlə araşdıracağını və yaxın günlərdə təqdim etdiyi xidmətdə nəzərə alacağını bildirir.

Yarandığı gündən keyfiyyətli xidmətə üstünlük verən, müştəri məmnunluğunun artırılması istiqamətində çalışan şirkət bundan sonra da media monitorinq xidmətini modern və münasib qiymətlərlə müştərilərinə təqdim edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti