...

DİQQƏT! Bu yollarda rənglənmə və təmir işləri aparılır

İqtisadiyyat Materials 26 İyul 2018 10:36 (UTC +04:00)
Bir sıra avtomobil yollarında rənglənmə və təmir işləri davam edir.
DİQQƏT! Bu yollarda rənglənmə və təmir işləri aparılır

Bakı. Elçin Mehdiyev - Trend:

Bir sıra avtomobil yollarında rənglənmə və təmir işləri davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-lik hissəsində, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 14-360 km-də bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bundan başqa, Bakı şəhərində təhlükəsiz hərəkətin tənzimlənməsi məqsədilə Sabunçu rayonu, Sabunçu yol qovşağında üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarında yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti