...

Bitkoinin son qiyməti

İqtisadiyyat Materials 14 Sentyabr 2018 00:11 (UTC +04:00)
Dünyada ən populyar kriptovalyuta olan bitkoin bir qədər bahalaşıb
Bitkoinin son qiyməti

Bakı. Trend:

Dünyada ən populyar kriptovalyuta olan bitkoin bir qədər bahalaşıb.

Trend-in məlumatına görə, bitkoin 6,4 min dollar ətrafında alınıb satılır.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 1,78% artaraq 6,413 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti də bahalaşıb.

Belə ki, "Ethereum" 7,53% və ya 188,22 dollaradək, "Ripple" 3,86% (0,2695 dollara qədər), "Bitcoin Cash" isə 2,45% (435,93 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 194,18 milyard dollar təşkil edir və bunun 57% faizi bitkoinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti