...

İlk kreditiniz Rabitəbank-dan olsun!

İqtisadiyyat Materials 1 Oktyabr 2018 14:26 (UTC +04:00)
İlk dəfə kredit almaq istəyənlər üçün Rabitəbank “İlk Kredit” məhsulunu təqdim edir.
İlk kreditiniz Rabitəbank-dan olsun!

Bakı. Trend:

İlk dəfə kredit almaq istəyənlər üçün Rabitəbank “İlk Kredit” məhsulunu təqdim edir. Kreditin şərtlərinə əsasən keçmişdə krediti olmayan müştərilərə illik cəmi 20%-lə, 36 ay müddətinə 15.000 manatadək nağd pul kreditləri təklif olunur.

Özünün ilk kreditini sərfəli şərtlərlə əldə etmək istəyən müştərilər üçün Rabitəbank-ın istənilən filialına müraciət edib “İlk kredit” məhsulunu soruşmaq kifayətdir. Bankın 23 xidmət məntəqəsində qısa müddət ərzində və minimum sənədləşmə ilə İlk Kredit əldə oluna bilər.

“İlk kredit” haqqında ətraflı məlumat almaq və kredit üçün onlayn müraciət etmək verilmiş linkə keçidlə etməklə mümkündür: http://bit.ly/ilk_kredit

25 illik bank tarixinə sahib Rabitəbank ölkənin ən iri banklarından biri kimi 23 filial və iki şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

Youtube link: http://bit.ly/ilk_video

Məqalədə:
Xəbər lenti

Xəbər lenti