...

PAŞA Sığortadan “Avtomobiliniz üçün Payız Fürsəti” hədiyyə kampaniyası

İqtisadiyyat Materials 3 Oktyabr 2018 10:21 (UTC +04:00)

Bakı. Trend:

PAŞA Sığorta şirkəti könüllü avtomobil sığortası (KASKO) üzrə “Avtomobiliniz üçün Payız Fürsəti” adlı hədiyyə kampaniyasına start verir.

Oktyabrın 31-dək PAŞA Sığortadan KASKO könüllü avtomobil sığortası əldə edəcək müştərilər şirkətin təqdim etdiyi unikal payız fürsətindən faydalanaraq hədiyyə yanacaq kartı qazanacaqlar. Beləliklə, 450 AZN və daha yüksək məbləğdə KASKO sığortası əldə edən hər bir fərdi müştəri PAŞA Sığortadan 100 AZN nominallı hədiyyə yanacaq kartına sahib olacaq. Sığorta haqqı 2500 AZN-dən yüksək olan müştərilərə isə seçimlərinə uyğun olaraq 200 AZN dəyərində yanacaq kartı və ya 100 AZN balansa malik yanacaq kartı və avtomobil üçün “bluetooth” qarnitur hədiyyə ediləcək.

KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə, o cümlədən Bravo Əhmədli Hipermarketində yerləşən satış məntəqəsinə yaxınlaşa və ya *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar qiymətini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini, həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance/) göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.

Sığorta məhsulları barədə ətraflı məlumatı www.pasha-insurance.az saytından əldə edə bilərsiniz.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti