...

"Savalan" şərabları dünyanın məşhur şərab muzeyində (FOTO)

İqtisadiyyat Materials 1 Noyabr 2018 10:36 (UTC +04:00)

Bakı. Trend:

2016-cı ildən etibarən SAVALAN ASPİ Winery şirkəti öz təşəbbüsü ilə Fransanın Bordo şəhərində yerləşən La Cité du Vin şərab muzeyində nümayiş olunur, həmçinin muzeyə aid mağazada satışı həyata keçirilir.

Yaxın günlərdə isə AZPROMO və La Cité du Vin şərab muzeyi arasında əldə olunmuş razılaşmaya əsasən yerli şərablarımız burada xüsusi olaraq Azərbaycan şərabları adı altında nümayiş olunacaqdır. Belə ki, “2018-2025-ci illər Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın icrasının təmin edilməsi və Azərbaycan istehsalı şərabların təbliği və ixracının genişləndirilməsi məqsədilə La Cité du Vin şərab muzeyi ilə AZPROMO arasında Azərbaycan şərablarının muzeydə nümayiş olunması üçün müqavilə imzalanıb. İmzalanmış müqaviləyə əsasən SAVALAN ASPI Winery şirkəti də daxil olmaqla Azərbaycanın 11 şərab şirkətinin məhsulları 3 il müddətində La Cité du Vin şərab muzeyində təqdim olunacaqdır. İmzalama mərasimində SAVALAN ASPI Winery şirkəti adından şirkətin rəhbərləri Fuad Seyidəliyev və Arif Rəhimov iştirak ediblər.

Müqavilənin imzanalanma mərasimindən sonra Azərbaycan şərablarının dequsitasiyası baş tutmuşdur. SAVALAN şərabları, xüsusilə Fransız üzüm növü Pöti Verdo üzümündən hazırlanan Petit Verdot şərabları fransalı iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Məlumat üçün bildirək ki, Fransanın Bordo şəhərinin şərabçılıq sektoru ilə SAVALAN şərablarının istehsalçısı arasında əməkdaşlıq bir neçə ildir davam edir. Bu il SAVALAN Cabernet Sauvignon Reserve 2013 şərabı Bordo şəhərində keçirilən Challange İnternational du Vin şərab müsabiqəsində bürünc medala layiq görülmüşdür. Bundan başqa ASPI Winery şirkətinin satış meneceri Cahid Seyidəliyevin şirkət dəstəyi ilə məşhur Bordo Beynəlxalq Şərab İnstitutu INSEEC-də Şərabçılıq üzrə magistratura təhsili almasına şərait yaradılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti