...

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı açıq tender elan edir

İqtisadiyyat Materials 30 Oktyabr 2018 11:21 (UTC +04:00)
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Ələt qəsəbəsində tikilməkdə olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında gübrə (korbamid) yüklərinin hopper vaqonlara yüklənməsi üçün РК-21 və РК-22 “Sokol” portal kranların sökülmüş portalının üst hissəsinə bunkerlərin quraşdırılmasına dair işlərin və xidmətlərin satın alınması məqsədilə açıq tender elan edir
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı açıq tender elan edir

Bakı. Trend:

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Ələt qəsəbəsində tikilməkdə olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında gübrə (korbamid) yüklərinin hopper vaqonlara yüklənməsi üçün РК-21 və РК-22 “Sokol” portal kranların sökülmüş portalının üst hissəsinə bunkerlərin quraşdırılmasına dair işlərin və xidmətlərin satın alınması məqsədilə açıq tender elan edir:

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • tenderdə iştirak etmək üçün yazılı müraciət (nümunə əlavə olunur);
  • iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • tender təklifi.

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi Azərbaycan dilində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra “Bakı Limanı”) yerləşdiyi ünvana və ya əlaqələndirici şəxsin elektron poçtuna təqdim olunmalıdır.

İştirak haqqının məbləği və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqədə iştirak etmək istəyən iddiaçılar aşağıda qeyd olunmuş məbləğdə iştirak haqqını Bakı Limanının bank hesabına ödəyib, ödənişi təsdiq edən sənədi Bakı Limanına təqdim etməlidir. Bu tələbləri yerinə yetirən iddiaçılar satınalma predmeti üzrə əsas şərtlər toplusunu elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın IV qrafasında göstərilən tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

İştirak haqqı: 300 manat (ƏDV daxil).

İştirak haqqı manatla və ya ekvivalent məbləğdə ABŞ dolları və Avro ilə ödənilə bilər.

Hesab nömrələri:

Bank rekvizitləri: Kapital bank 1 saylı Səbail filialı

Kod: 200059

AZ37NABZ01350100000000001944

VÖEN: 9900003611

SWIFT: AIIBAZ2X

Beneficiary name: Bakı Beynəlxalq Dəniz Ticarət Limanı

Beneficiary account: AZ27AIIB33010019443500206105

VÖEN: 9900065281

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Əsas şərtlər toplusunu almış malgöndərənlər (podratçılar) aşağıda qeyd olunan ilkin sənədləri təqdim etməlidirlər:

  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
  • son bir ildəki fəaliyyət haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  • son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • mənşə və uyğunluq sertifikatları;
  • və digər sənədlər.

Yuxarıda göstərilən sənədlər “30” noyabr 2018-ci il saat 18:00-a qədər elanda göstərilmiş ünvana təqdim edilməlidir.

Tender təklifi və tender təklifinin təminatının təqdim olunmasına dair tələblər aşağıdakılardır:

  • tender təklifi (zərflərin açıldığı gündən sonra azı 60 bank günü qüvvədə olmalıdır);
  • tender təklifinin ümumi qiymətinin 2 faizi həcmində tender təklifinin təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).

Tender təklifi və tender təklifinin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) “10” dekabr 2018-ci il saat 18:00-a qədər elanda göstərilmiş ünvana təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Müsabiqədə tətbiq edilən qaydalar və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin müstəsna hüququ barədə məlumat:

  • tender Bakı Limanının Baş direktorunun “21” dekabr 2016-cı il tarixli 55 nömrəli əmrinə və həmin əmrlə təsdiq olunmuş Bakı Limanının daxili satınalma prosedurlarına uyğun keçirilir.
  • Bakı Limanının daxili satınalma prosedurlarına uyğun olaraq Satınalma komissiyası bütün müsabiqə təkliflərini rədd etmək və müsabiqəni ləğv etmək hüququna malikdir.

Satınalan təşkilatın ünvanı:

Ünvan: AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küç., ev.72

Əlaqələndirici şəxs:

Hacıyeva Aytəkin Əvəz qızı;

Satınalmalar şöbəsinin aparıcı mütəxəssisi;

Telefon nömrəsi: +994 12 498-91-84;

e-mail: [email protected]

Tender təklifi zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflər “11” dekabr 2018-ci il tarixdə, Bakı vaxtı ilə saat 18:00-da elanın VI bölməsində göstərilmiş ünvanda açılacaqdır.

Təkliflərin müqayisə edilməsi və qiymətləndirilməsi aşağıdakı meyarlara əsasən həyata keçiriləcəkdir:

  • qiymət;
  • keyfiyyət;
  • təcrübə;
  • maliyyə vəziyyəti və s.

Müqavilənin yerinə yetirilməsi müddəti:

Satınalma müqaviləsinin 90(doxsan) təqvim günü müddətində yerinə yetirilməsi tələb olunur.

Satınalma komissiyası

Məqalədə:
Xəbər lenti

Xəbər lenti