...

Mərkəzi Bank uçot dərəcəsini dəyişmədi

İqtisadiyyat Materials 26 Dekabr 2018 13:11 (UTC +04:00)
Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul edib.
Mərkəzi Bank uçot dərəcəsini dəyişmədi

Bakı. Trend:

Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul edib.

Bankdan Trend-ə verilən məlumata görə, qərara əsasən uçot dərəcəsi 9.75%, faiz dəhlizinin yuxarı həddi 11.75%, aşağı həddi isə 7.75% (±2%-lik simmetrik diapazonda) səviyyəsində saxlanılıb. Qərar 26 dekabr 2018-ci il, saat 14.00-dan qüvvəyə minir.

İdarə Heyətinin pul siyasətinə həsr edilmiş son toplantısından keçən dövrdə inflyasiya azalmaqda davam edib. Son iki ayda inflyasiyada azalma meyili davam edib. 2018-ci ilin 11 ayında orta illik inflyasiya 2.3% təşkil edib ki, bu da hədəf intervalından əhəmiyyətli aşağıdır. İlin sonuna orta illik inflyasiyanın təxminən hazırki səviyyədə qalacağı gözlənilir.

Mövsümi amillərin təsirilə noyabrda ərzaq inflyasiyası bir qədər artmışdır. Lakin qeyri-ərzaq məhsulları və pullu xidmətlərin aşağı templi qiymət dəyişimi, habelə monetar amillər bu artımı neytrallaşdırıb. Nəticədə aylıq inflyasiya 0.6% səviyyəsində qərarlaşıb.

Perspektivdə pul siyasətinin reaksiyası inflyasiya amillərinin dinamikası, davamlılığı və ötürücülüyündən asılı olacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti