...

Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş direktoru Quba və Xaçmazda olub

İqtisadiyyat Materials 19 Fevral 2019 20:30 (UTC +04:00)
Azərbaycanın zəngin təbiəti qonaqlarda xoş təəssürat yaradıb.
Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş direktoru Quba və Xaçmazda olub

Bakı. Trend:

Ölkəmizdə səfərdə olan Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş direktoru Henrik Hololeyin rəhbərlik etdiyi nümayəndə heyəti Xaçmaz və Qusar rayonlarına səfər edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin təşkilatçılığı ilə qonaqlar Şimal bölgəsinin turizm potensialı ilə yaxından tanış olub. “Şahdağ” Turizm Mərkəzində olan nümayəndə heyətinə ölkəmizdə qış turizminin inkişafı ilə bağlı ətraflı məlumat verilib.

Azərbaycanın zəngin təbiəti qonaqlarda xoş təəssürat yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti