...

SOFAZ-ın PLANLARI Şimali Amerika, Avropa və Asiya-Sakit okean regionunu əhatə edəcək

İqtisadiyyat Materials 31 Mart 2019 15:00 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) Şimali Amerika, Avropa və Asiya-Sakit okean regionunun inkişaf etmiş ölkələrində müxtəlif daşınmaz əmlak növlərinə investisiya qoymağı planlaşdırır
SOFAZ-ın PLANLARI Şimali Amerika, Avropa və Asiya-Sakit okean regionunu əhatə edəcək

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) Şimali Amerika, Avropa və Asiya-Sakit okean regionunun inkişaf etmiş ölkələrində müxtəlif daşınmaz əmlak növlərinə investisiya qoymağı planlaşdırır.

Bu barədə Trend-ə SOFAZ-dan bildiriblər.

Qeyd olunub ki, SOFAZ-ın investisiya prioritetləri dünya iqtisadiyyatında trendlərdən asılıdır:

"Ötən ilin sonunda Fondun investisiya siyasətinə dəyişikliklər edildi və nəticədə portfeldə qızılın payı 5 faizdən 10 faizədək artıb. Fond bu siyasətə uyğun olaraq investisiyaları davam etdirəcək, sabit gəlirli maliyyə alətləri və qısamüddətli kapital bazarı alətləri, səhmlər, daşınmaz əmlak və qızıla investisiya qoyacaq".

Fonddan bildiriblər ki, SOFAZ-ın strategiyası həm birbaşa investisiyalar, həm də kənar menecerlər vasitəsilə dünya indekslərinə passiv investisiya qoymaqdan ibarətdir:

"SOFAZ-ın investisiya portfelində səhmlərin maksimal payı 2018-ci ildə olduğu kimi 25 faiz təşkil edəcək. SOFAZ, həmçinin pay fondlarının səhmlərinə investisiya qoyur. 2019-cu il üçün təsdiq olunmuş strategiyaya uyğun olaraq Şimali Amerika və Avropanın pay fondlarına investisiyaları davam etdirmək planlaşdırılır. Daşınmaz əmlaka investisiyalara gəldikdə isə SOFAZ Şimali Amerika, Avropa və Asiya-Sakit okean regionunun inkişaf etmiş ölkələrində müxtəlif daşınmaz əmlak növlərinə investisiya qoymağı planlaşdırır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti