...

DOST mərkəzinin onlayn xidmətlər bazası genişləndirilir

İqtisadiyyat Materials 21 May 2019 14:01 (UTC +04:00)
DOST konsepsiyası müxtəlif kateqoriyalı imtiyazlı şəxslərə səyyar xidmətlərin göstərilməsini nəzərdə tutur.
DOST mərkəzinin onlayn xidmətlər bazası genişləndirilir

Bakı. Trend:

DOST konsepsiyası təkcə DOST mərkəzlərinə əyani müraciət edənlərə deyil, həmçinin müxtəlif kateqoriyalı imtiyazlı şəxslərə səyyar xidmətlərin göstərilməsini nəzərdə tutur. Eyni zamanda, DOST mərkəzinin onlayn xidmətlər bazası da mütəmadi olaraq genişləndiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, DOST konsepsiyası üzrə yol xəritəsində DOST mərkəzlərində göstəriləcək 126 xidmətin 91-nin elektronlaşması nəzərdə tutulub. DOST layihəsinin icrasına başlanıldığı ötən 9 ayda bu xidmətlərdən 20-dən çoxu elektronlaşdırılıb. Növbəti iki ildə digərlərinin də elektronlaşdırılması təmin olunacaq, nəticədə onlayn platformada geniş DOST xidmətləri sistemi qurulacaq.

Onu da bildirək ki, gələn ildən respublikamızın regionlarında da DOST mərkəzləri şəbəkəsinin qurulmasına başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti