...

Azərbaycan Şərqi Avropaya tekstil ixracını həyata keçirməyi planlaşdırır

İqtisadiyyat Materials 28 İyun 2019 07:45 (UTC +04:00)
Azərbaycan Polşaya tekstil ixracını həyata keçirməyi planlaşdırır
Azərbaycan Şərqi Avropaya tekstil ixracını həyata keçirməyi planlaşdırır

Bakı. Mətanət Nəsibova - Trend:

Azərbaycan Polşaya tekstil ixracını həyata keçirməyi planlaşdırır.

Bunu Trend-ə Azərbaycanın Polşadakı ticarət nümayəndəsi Nemət Nağdəliyev deyib.

Onun sözlərinə görə, hazırda tərəflər bu məsələni müzakirə edir:

“Polşa bazarında tekstil məhsuluna böyük tələbat var. Biz bu bazarı öyrənmişik və Azərbaycandan Polşaya ixracı məqsədəuyğun və perspektivli hesab edirik. Bakı Tekstil Fabriki ilə polşalı tərəfdaşlar arasında əlaqələr yaradılıb, ortamüddətli perspektivdə bu ölkəyə tekstil məhsulunun ixracını başlamağı planlaşdırırıq”.

Ticarət nümayəndəsi bildirib ki, hazırda bu istiqamətdə danışıqlar davam edir:

“Bir neçə növ tekstil məhsulunun ixracı ilə bağlı Polşa şirkətləri ilə razılaşmalar mövcuddur. Gələcəkdə biz Azərbaycan tekstil məhsulunu təkcə Polşaya yox, Mərkəzi Avropa ölkələrinə də ixrac etməyi planlaşdırırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti