...

Aİ Azərbaycanın ən iri investorudur

İqtisadiyyat Materials 12 İyul 2019 13:46 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Azərbaycanın neft və qeyri-neft sektorlarında ən iri investordur
Aİ Azərbaycanın ən iri investorudur

Bakı. Ləman Zeynalova - Trend:

Avropa İttifaqı (Aİ) Azərbaycanın neft və qeyri-neft sektorlarında ən iri investordur.

Trend-in məlumatına görə, bu barədə Aİ-nin materiallarında deyilir.

Qeyd olunur ki, Aİ ticarət sahəsində Azərbaycanın ən iri tərəfdaşıdır: “2018-ci ildə Aİ-nin Azərbaycanın ticarətində payı 41,7 faiz təşkil edib. Aİ Azərbaycan üçün ən iri ixrac (54,3 faiz) və idxal (20,3 faiz) bazarıdır”.

Aİ-nin Azərbaycandakı biznes mühiti ilə bağlı beş prioritet islahatı arasında vergi, gömrük, təhsil, hüquq və maliyyə sahələrində şəffaflığın və sabitliyin təmin olunması yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti