...

Azərbaycanda nüfuzlu şirkətlərdən birinin rəhbəri istefa verdi (FOTO/VİDEO)

İqtisadiyyat Materials 8 Avqust 2019 13:14 (UTC +04:00)
Elşən Rəhimov vəzifəsindən istefa verib.
Azərbaycanda nüfuzlu şirkətlərdən birinin rəhbəri istefa verdi (FOTO/VİDEO)

Bakı. Trend

Azərbaycan təhsil sektorunda öz sözünü demiş qabaqcıl şirkətlərdən biri olan Barattson-un icraçı direktoru və qurucusu Elşən Rəhimov vəzifəsindən istefa verib.

Trend-in məlumatına görə, bu barədə məlumatı media nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında Elşən Rəhimov özü açıqlayıb. O, yarandığı gündən etibarən şirkətin keçdiyi keşməkeşli yollardan bəhs edib və yaxın gələcəkdə beynəlxalq arenada təmsil olunacağına inandığına bildirib. Daha sonra icra etdiyi direktor vəzifəsini şirkətin fəaliyyətində və inkişafında öz dəstəyini əsirgəməyən Zeynal Zeynalova təhvil verib.

Zeynal Zeynalov şirkətin təhsil sektorunda ən yüksək səviyyədə təmsil olunması üçün inamla çalışacağını bildirərək yeni hədəflərini açıqlayıb. O, “təhsildən peşəyə” missiyasını innovativ üslubda həyata keçirmək üçün Barattsonun tədrisin idarəetmə sistemi olan “schoolman” veb-tətbiqinin imkanlarının daha da genişləndirilməsini və bununla da tələbələri işəgötürənlərlə birləşdirməyin faydalı olacağını bildirib. Belə ki, veb-tətbiqdə həm tələbənin, həm də işəgötürənin şəxsi kabineti olacaq və nəticədə işəgötürən, tələbənin razılığı ilə onun məlumatlarına sahib olacaq. Bununla yanaşı bəzi tədris proqramları oyunlar üzərindən tələbələrə tətbiq ediləcək ki, bu da Azərbaycan təlim sektorunda novator ideyalardan biridir.

Tələbə bonus sisteminin təkmilləşdiriləcəyini də qeyd edən Zeynal Zeynalov, Barattson-u növbəti 5 il ərzində investorlar üçün cəlbedici bir şirkətə çevirərək onu françayzinq modeli ilə dünya miqyasında brendləşdirmək üçün çalışacağını vurğulayıb. Son olaraq Z.Zeynalov şirkətin keçmiş icraçı direktoru Elşən Rəhimovun bundan sonra müşahidə şurasındakı fəaliyyətiylə Barattson-un inkişafına öz töhfələrini verəcəyini qeyd edib.

Qeyd edək ki, Barattson beynəlxalq ingilis dili səviyyəsinin yoxlanılması üzrə rəsmi imtahan mərkəzi statusuna malik yeganə Azərbaycan şirkətidir.

Əlaqə üçün: C.Cabbarlı küç. 44, Caspian Plaza 3, 7-ci mərtəbə 012 5054497/96 070 2054497/96
Elmlər m.yeni çıxışı, BDU əsas girişi ilə üzbəüz binanın 3-cü mərtəbəsi 012 5104498 070 2054498/94

Məqalədə:
Xəbər lenti

Xəbər lenti