...

“Silk Way” Bakıda iri beynəlxalq "Caspian Air Cargo" sammitini təşkil edir (FOTO)

İqtisadiyyat Materials 8 Oktyabr 2019 14:54 (UTC +04:00)
8 oktyabr tarixində “Fairmont Baku Flame Towers” otelində ənənəvi ikigünlük beynəlxalq “Caspian Air Cargo 2019” sammiti işinə başlayıb.
“Silk Way” Bakıda iri beynəlxalq "Caspian Air Cargo" sammitini təşkil edir (FOTO)

Bakı. Trend:

8 oktyabr tarixində “Fairmont Baku Flame Towers” otelində ənənəvi ikigünlük beynəlxalq “Caspian Air Cargo 2019” sammiti işinə başlayıb.

"Silk Way Airlines" şirkətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sammitin təşkilatçıları qismində Azərbaycanın milli yük aviadaşıyıcısı “Silk Way” və İsveçin "Euroavia International" şirkəti çıxış edir.

200-dən çox menecer və tanınmış dünya şirkətlərinin rəhbərlərinin qatıldığı illik forum çərçivəsində logistika sahəsində mövcud tendensiyalar, habelə yaxın gələcək üçün proqnozlar müzakirə ediləcək.

Sammitdə “İpək Yolu”nun bölgədəki aviaşirkətlər və hava limanları üçün potensialının açılması mövzusuna xüsusi diqqət yetiriləcək. Həmçinin ayrı-ayrı sessiyalar logistika sahəsindəki innovasiyalara, MDB üzrə yükdaşımalar bazarındakı yeniliklərə, elektron ticarətə və digər aktual mövzulara həsr olunacaq.

Sammit iştirakçıları qarşısında salamlama nitqi ilə çıxış edən Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasətin ölkəmizin beynəlxalq arenada əhəmiyyətini daim artırdığını qeyd edib.

Azərbaycanın mülki aviasiyası ölkənin qeyri-neft sektorunun inkişafına mühüm töhfə verir və bu gün bu sahədə mövqeləri möhkəmləndirmək üçün yeni imkanlar araşdırılır.

"Bu gün Şərq və Qərb arasında körpü kimi çıxış edən Azərbaycan beynəlxalq arenada tranzit daşımalar üzrə əsas tərəfdaşlardan biri kimi qəbul edilir", – Arif Məmmədov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın mülki aviasiyası qarşısında qoyulan bütün vəzifələr uğurla icra edilir və Heydər Əliyev Beynəlxalq Aeroportunun mühüm logistika habına çevrilməsi bunu bir daha təsdiqləyir.

Qeyd edək ki, son illər “Silk Way” aviaşirkəti fəaliyyət sahəsini xeyli genişləndirərək əsas habı Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu olan "Avropa-Asiya" tranzit bazarında iri aviadaşıyıcıya çevrilib.

2012-ci ildə əsası qoyulduğu gündən yükdaşıyıcısı bütün dünyada bir çox istiqaməti əhatə etmək üçün marşrut şəbəkəsini daim genişləndirir. “Silk Way” Bakıdan on “Boeing 747” təyyarəsi ilə Honq-Konq, Osaka, Seul, Dakka, Şanxay, Sinqapur, Kuala-Lumpur, Çikaqo, Milan, Amsterdam, Lüksemburq, İstanbul, Dubay və bu kimi böyük nəqliyyat mərkəzlərinə reyslər həyata keçirir.

Tədbirin nəticələrinin əks olunduğu videoçarx ilə bu linkdən tanış ola bilərsiniz: https://youtu.be/XPj5wxRgZfU

Məqalədə:
Xəbər lenti

Xəbər lenti