2020 AccessBank üçün mənfəət ilidir - MÜSAHİBƏ

2020 AccessBank üçün mənfəət ilidir - MÜSAHİBƏ

Bakı. Trend:

Baxmayaraq ki, AccessBank üçüncü rübü zərərlə başa vurub, bankın əsas maliyyə göstəriciləri stabil artım nümayiş etdirir. Üstəlik, əmanətlərini AccessBank-a etibar edənlərin sayı günbəgün artır. Bankın menecmenti hesab edir ki, hər şey plan üzrə gedir. Hətta kredit portfelinin sağlamlaşdırılması templəri də bank rəhbərliyini sevindirir. Məhz bu məsələlər və digər planlar barədə AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini Yevgeniya Qaşikulina ilə söhbətləşdik:

- Yevgeniya xanım, üçüncü rübə yekun vurarkən bank açıqladığı press-relizdə qeyd edib ki, əsas maliyyə göstəriciləri artım nümayiş etdirir. Bu artım tempi bankın rəhbərliyini qane edirmi?

- Bu suala obyektiv cavab vermək üçün biz biznes planla və ötən ilin analoji dövrü ilə müqayisə aparmalıyıq. Biznes planla müqayisə aparsaq, bizim əməliyyat göstəricilərimiz proqnozlaşdırdığımız rəqəmlərdən xeyli yüksəkdir. Belə ki, depozit portfelinin həcmi planlaşdırıldığından 133 milyon manat, kredit portfeli isə 35 milyon manat çoxdur. Sırf maliyyə indikatorlarına nəzər salsaq və onları ötən ilin müvafiq dövrü ilə qarşılaşdırsaq görərik ki, faiz gəlirlərimiz 50% artaraq proqnozlaşdırılan rəqəmləri üstələyib. Ehtiyatın yaradılması üçün ayırmalara qədər əməliyyat mənfəəti ötən ilin göstəricisindən 2 dəfə çoxdur ki, bu da planlarımıza uyğundur. Buna əsaslanaraq deyə bilərəm ki, bankın əməliyyat fəaliyyətinin effektivliyi bizim gözlənti və planlarımıza uyğundur.

- O zaman bankın zərərini nə ilə əsaslandıra bilərsiniz?

- Heç kəs üçün sirr deyil ki, manatın devalvasiyası digər banklar kimi AccessBank-a da ciddi təsir etdi. Zərər də məhz bunun nəticəsində formalaşdı. Bankın müştərilərinin əksəriyyəti kiçik, orta və iri sahibkar və ya başqa sözlə, krediti dollarla götürənlər idi. Şübhəsiz ki, devalvasiyadan sonra onların bir çoxu kreditlərinin ödənişi zamanı çətinliklə üzləşdi. Müvafiq olaraq, bank kreditlər üzrə potensial itkilərlə bağlı ehtiyat yaratmaq məcburiyyətində idi və söhbət ciddi məbləğdən gedirdi. Həmin dövrdə bankda mövcud olan kapitalın hesabına bunu etmək real deyildi. Buna görə, beynəlxalq maliyyə institutlarından ibarət AccessBank-ın cari kreditorları öz kreditlərini kapitala konvertasiya etmək barədə qərar qəbul etdilər və bunun nəticəsində bankın nizamnamə kapitalı 120 milyon manat artdı. Bu qərar sayəsində kreditlər üzrə zəruri ehtiyatlar yaradıldı. Söhbət təxminən 90 milyon manatdan gedirdi və bu məbləğ bankın hesabatında fevral-aprel ayları ərzində kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatlarda göstərildi. Məntiqlidir ki, 2019-cu il ərzində bank bu zərəri bağlaya bilməyəcək və prinsipcə, bu, bizim planlarımıza daxil olan məsələdir. Biznes plana əsasən, kapitallaşmanın baş tutduğu il ərzində bankın zərəri təxminən 100 milyon manat təşkil edəcək. Təkrar edim ki, maliyyə nəticələrinə təsir göstərən əsas amil kreditlər üzrə ehtiyatların yaradılmasıdır və inanırıq ki, həmin kreditlərin qaytarılması hesabına ehtiyatların həcmi də azalacaq. Biz həmin müştərilərlə aktiv və konstruktiv şəkildə işləyirik, borclar qaytarılır. Uzunmüddətli perspektivdə həmin vəsaitlər banka gəlir formasında geri dönəcək, lakin bu bir qədər zaman tələb edən prosesdir. Əlavə olaraq qeyd etmək istərdim ki, zəruri ehtiyatlar yaradıldığı üçün gələcəkdə kapitalımız üçün heç bir təhlükə yoxdur. AccessBank 2020-ci ildə birmənalı şəkildə mənfəətə çıxacaq.

- Siz qeyd etdiniz ki, bankın menecmentinin proqnozları özünü doğruldur və hər şey plan üzrə gedir. İlin əvvəlində bu proqnozlar səhmdarlara həddən artıq optimistik görünmürdü?

- Bankın bu dərəcədə ciddi kapitallaşması qərarı həqiqətən səhmdarlarımız üçün heç də asan deyildi. Lakin proqnozlar özünü doğruldur və buna bir neçə amil təsir edir. Birincisi, biznes aktiv şəkildə inkişaf edir. Etiraf edim ki, bu proses hətta proqnozlaşdırdığımızdan da sürətlə gedir. Digər tərəfdən, banka etimad günbəgün artır. Biz 2020-ci ilə böyük optimizmlə baxırıq. Bunun üçün 2019-cu il ərzində yaxşı fundament qurulub. Mən biznesin, risk menecmentin yenidən təşkil olunması, müştərilərə xidmət prosesinin və prosedurunun asanlaşdırılması, "back office" əməliyyatlarının mərkəzləşdirilməsi və digər bu kimi amilləri nəzərdə tuturam. Səhmdarlarımız sayəsində biz ilkin mərhələdə gəlirli olmayan, lakin 2020-2021-ci illərdə gəlir gətirəcək layihələrin həyata keçirilməsinə start verdik.

- Qayıdaq kredit portfelinin sağlamlaşdırılmasına. Hazırda qeyri-işlək kreditlərin ümumi portfeldə payı nə qədərdir?

- Bank daxilində biz iki portfeli nəzərdən keçiririk - "köhnə" və "böhrandan sonrakı". Gəlin, pozitivdən başlayaq. "Böhrandan sonrakı" portfeldə 30 gündən çox gecikmədə olan kreditlərin payı cəmi 0.3% təşkil edir. Başqa sözlə, söhbət kifayət qədər keyfiyyətli portfeldən gedir. "Köhnə", yəni devalvasiya nəticəsində zərər görmüş portfel isə elə bir mərhələdədir ki, pozitiv dinamikanın əldə olunması üçün intensiv iş tələb edir. Onu da qeyd etmək istərdim ki, ilin əvvəlinə qeyri-işlək (90 gündən çox gecikmədə olan) kreditlərin ümumi portfeldə payı 25% təşkil edirdi ki, o, tamamilə "köhnə" portfel hesabına formalaşmışdı. Plana əsasən, ilin sonuna bu göstərici 15%-ə enməlidir. Biz buna olduqca optimistik yanaşırıq. Yeri gəlmişkən, 2019-cu il bu mənada bir sıra pozitiv məqamlarla yadda qaldı ki, onlar daxili və kənar amillərlə əlaqəlidir. Kənar amillərdən söz açsaq, ölkə başçısı İlham Əliyev tərəfindən imzalanan "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmana toxunmaq lazımdır. Məhz bunun nəticəsində bank ehtiyatlarının bir hissəsini bərpa edə, borcalanlar isə öz maddi durumunu yaxşılaşdıra bildi. Daxili amilə də toxunmaq istərdim. Belə ki, müştərilərlə sistemli iş və qərarların qəbulu zamanı çeviklik nəticəsində problemli kreditlərin qaytarılması prosesi gözləntilərimizi üstələdi.

- Bəs bankın zərərlə işləməsi depozit axınına səbəb oldumu?

- Əksinə, biz pozitiv dinamika müşahidə edirik. Maraqlı fakt ondan ibarətdir ki, bank hətta formal kapitallaşmayadək böyüməyə başladı. Üstəlik, həmin dövrdə Əmanətlərin Sığortalanması Fondu elan etdi ki, əmanətlərin tam sığortalanmasını bir il də uzadır. Bununla yanaşı, AccessBank-ın xidmət keyfiyyəti də öz rolunu oynadı. Zərərin 90%-i cari ilin birinci yarısında qeydə alınıb. Buna baxmayaraq, sonrakı 6 ay ərzində AccessBank-ın depozit portfeli böyüməyə davam etdi. Bu isə bir daha sübut edir ki, müştərilərimiz AccessBank-a tam etibar edir.

- AccessBank özünü biznesin dostu kimi təqdim edir. Bununla yanaşı, bankın rəhbəri Anar Həsənov qeyd edib ki, AccessBank-ı maliyyə tərəfdaşı kimi seçən müştərilərin sayı durmadan artır. Maraqlıdır ki, bir müddət əvvəl hökumətin iqtisadi blokunun nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə prezident biznes kreditləşməsinin vacibliyini vurğuladı. Bu çağırış sizin planlarınıza və kredit portfelinin strukturuna təsir edəcəkmi?

- Məsələ burasındadır ki, biznes, o cümlədən aqro kreditləşmə AccessBank-ın "qanın"dadır. Dediklərimi rəqəmlərlə əsaslandıra bilərəm - portfelimizin 95%-i biznes kreditlərinin payına düşür. Prezidentin çağırışı bir daha onu təsdiqləyir ki, AccessBank düzgün yoldadır. Biz ölkənin aktiv tələbatı üzərində fokuslanmışıq və səhmdarlarımız bu fokusu yekdilliklə dəstəkləyir. Bir çox ölkələrdə kiçik biznes iqtisadi artımın katalizatoru rolunu oynayır. Biz rolumuzu yalnız rəqəmlərdə görmürük, eyni zamanda öz sosial məsuliyyətimizi dərk edirik. Hazırda mikrokreditləşmə bazarında AccessBank-ın payı 50%-dən çoxdur. Bizim baxışımız ondan ibarətdir ki, mikro və kiçik bizneslə aparılan aktiv iş hesabına AccessBank bu seqmentdə lider mövqeyini qorumağa davam edəcək. Hesab edirəm ki, portfeldəki artımın 65%-nin regionların payına düşməsi isə bizim üçün əlavə pozitiv amildir.

- Prezidentin çağırışına tənzimləyici də dəstək verdi və istehlak kreditləşməsinə bəzi məhdudiyyətlər tətbiq etdi. Başqa sözlə, biznes kretiləşməsi bazarında rəqabət güclənəcək. Razılaşın ki, artan rəqabət şəraitində AccessBank-a çətin olacaq. Bank bunun öhdəsindən necə gələ bilər?

- Birincisi, AccessBank-ın portfelinin strukturunda istehlak kreditlərinin payı o qədər də böyük deyil. İkincisi, Maliyyə Bazarlarına Nəzarət Palatasının yeni qaydalarında qeyd edildiyi kimi, biz istehlak kreditlərini uzun müddətə vermirik. AccessBank istehlak kreditlərini maksimum 3 ilə verir. Bundan savayı, bizim müştərinin tarixçəsi ilə bağlı daxili, kifayət qədər ciddi tələblərimiz var. Etiraf etməliyik ki, bizim üçün istehlak kreditləşməsi fiziki şəxslərə göstərdiyimiz kompleks xidmətlərin bir hissəsidir, üstəlik, bu növ kreditlər hər zaman əmanətçilərimiz üçün əlavə məhsul olaraq qalacaq.

Rəqabətə gəlincə, bu amil hər zaman ümumilikdə bazarın inkişafına müsbət təsir edir. Xüsusilə qeyd etmək istərdim ki, bundan ən çox istehlakçılar udur. Sağlam rəqabət bazarın yeni və daha keyfiyyətli bir mərhələyə çıxmasına səbəb olur. Biz bütün banklara hörmətlə yanaşırıq və rəqabətdən qorxmuruq, çünki bizim çox dəqiq və ixtisaslaşmış fokusumuz mövcuddur və biz bu istiqamətdə işləməyə davam edəcəyik. AccessBank ona nail olmaq istəyir ki, müştərilərimiz bizimlə işləməkdən zövq alsın və bunun üçün mütəmadi olaraq prosedurları və məhsulları daha əlçatan və asan edəcəyik, xidmət səviyyəsini artıracağıq, istehlakçılarla müxtəlif kommunikasiya kanallarını inkişaf etdirəcəyik. Ümumilikdə, məqsədimiz ondan ibarətdir ki, müştərilərimiz özünü bizimlə daha rahat hiss etsin. Bank müştəri üçün formal, bürokratik bir təşkilat olmalı deyil, əksinə, o əmin olmalıdır ki, burada onu hər cür dəstək göstərə biləcək tərəfdaşlar gözləyir. Söhbət həm biznes, həm də pərakəndə seqmentlərdən gedir.

Qarşıya qoyulan hədəflərə nail olmaq üçün kompleks yanaşma lazımdır. Bunu nəzərə alaraq, bankın Müşahidə Şurası tərəfindən bir sıra strateji məqsədlər təsdiqlənib ki, onların arasında mikro və kiçik biznes sahəsində lider mövqeyin qorunması, risklərin effektiv idarəolunması, əməliyyat effektivliyinin artırılması, əməkdaşlarımızın yüksək peşəkarlıq səviyyəsinin və mükəmməl xidmət səviyyəsinin təmin olunması üçün yatırımın edilməsini qeyd edə bilərəm.

Beynəlxalq maliyyə institutlarından ibarət səhmdarlarımız bizim qarşımızda əsas məqsəd kimi "triple bottom line" ("üç meyar") konsepsiyasına əsasən işləməyi qoyub. Başqa sözlə, AccessBank yalnız maliyyə göstəricilərini deyil, eyni zamanda sosial və ekoloji nəticələrini də nəzərə alaraq biznesini qurur. Anladığınız kimi, biz məsuliyyətli kreditləşməni aktiv şəkildə inkişaf etdirməyi, əhalinin daha da böyük hissəsinin maliyyə sektoruna cəlb olunmasına, bankın ətraf mühitə müsbət təsirinin gücləndirilməsinə çalışacağıq.

- Gələn illə bağlı kifayət qədər ambisiyalı planlarınız var. Bunun fonunda bank filial şəbəkəsini genişləndirəcəkmi?

- Hələlik biz filial şəbəkəsinin genişləndirilməsi barədə düşünmürük, lakin, böyük ehtimalla, biz relokasiyanı (yerin dəyişməsi) nəzərdən keçirəcəyik. Həmçinin, biz filialların konseptinin dəyişdirilməsi üzərində işləyəcəyik. Bundan başqa, bank bütün distant kanallarını inkişaf etdirir və bu proses davam edəcək. AccessBank-ın qarşısında duran əsas məqsədlərdən biri də internet və mobil bankçılığın inkişaf etdirilməsidir. Biz onlayn kanallar vasitəsilə satışları xeyli artırmağı hədəfləyirik. Bank müştərilərlə kommunikasiyanı gücləndirmək niyyətindədir və bunun üçün ayrıca fokus qrupların yaradılması, sorğuların keçirilməsi, müştəri məmnuniyyətinin ölçülməsi və s. planlaşdırılır. AccessBank-ın planlarına həm də 24/7 zonalarının genişləndirilməsi, əsas biznes proseslərinin avtomatlaşdırılması, mobil və internet bankçılığın yenilənməsi, məhsulların və xidmətlərin təkmilləşdirilməsi də daxildir.

Layihələrimiz çox olsa da, məqsədimiz birdir - müştəri məmnuniyyətinin və loyallığının artırılması. Biz hər gün və istənilən səviyyədə əlimizdən gələni edəcəyik ki, müştərilərimiz bizim qayğımızı, diqqətimizi və dəstəyimizi hiss etsin.

SOCAR "Cənub Qaz Dəhlizi"nə investisiya həcmini açıqlayıb
SOCAR "Cənub Qaz Dəhlizi"nə investisiya həcmini açıqlayıb
Bərpa olunan enerji sahəsinə əlavə investisiyaların cəlbi üzrə tədbirlərin icrası müzakirə edilib
Bərpa olunan enerji sahəsinə əlavə investisiyaların cəlbi üzrə tədbirlərin icrası müzakirə edilib
Ötən ay “Azəriqaz”da 3132 yeni abonent qeydiyyata alınıb
Ötən ay “Azəriqaz”da 3132 yeni abonent qeydiyyata alınıb
Loading Bars
Xəbər lenti
Finlandiya 20 Avropa ölkəsi sərhədlərini açır
Türkiyə XİN: Erməni təcavüzü cavabsız qalmayacaq
Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub
Venesuelada 5,2 bal gücündə zəlzələ baş verib
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib
Ermənistan hakimiyyəti erməni cəmiyyətində onlara qarşı vəziyyət gərginləşdiyi dövrdə "Qarabağ kartı"ndan istifadə edir - Hərbi ekspert
Tovuz sakinləri şəhidi alqışlarla qarşılayıb (VİDEO)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 230 mindən çox artıb
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Azərbaycanın milli aviadaşıyıcısı həmyerlilərimizi Moskvadan vətənə çatdırıb (FOTO)
Müdafiə Nazirliyi düşmən hücumunun qarşısını alınarkən şəhid olan hərbi qulluqçularımızın adlarını açıqladı
Türkiyədə koronavirusdan sağalanların sayı 194 min nəfəri ötüb
Elman Nəsirov: Birləşmiş millətlər təşkilatı Azərbaycanı regional lider və qlobal təşəbbüslər dövləti hesab edir
Tovuzda sakinlər ordumuza dəstək nümayiş etdirib (FOTO)
Cəlil Xəlilov: Azərbaycan ordusu bu gün bir daha sübut etdi ki, istənilən təxribatın qarşısını almağa qadirdir
Qazaxda "Opel" "Şakman"la toqquşdu
Yaponiyada son sutkada 400 nəfərdə koronavirus aşkarlanıb
Sahil Kərimli: Qüdrətli Azərbaycan Ordusu yenə düşmənə öz gücünü göstərdi
Yağışların yağması çaylarda sululuğun artmasına səbəb olub
XİN: Ermənistan bu kimi təxribatçı əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır
Ağstafada top mərmisi zərərsizləşdirilib (FOTO)
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 12.07.2020 tarixli bölüm
Müdafiə Nazirliyi: Heç bir ərazi itkisinə yol verilməyib
Hikmət Hacıyev: Ermənistan daha da kəskinləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmağa çalışır
Ekspres xətlər üzrə avrobusların üçün yeni müvəqqəti dayanacaqlar müəyyən edilib (FOTO)
Peşə təhsili üzrə teledərslərin 13 iyul cədvəli
İtki verən düşmən geri otuzdurulub, 2 nəfər şəhidimiz var, 5 nəfər isə yaralanıb - RƏSMİ (ƏLAVƏ OLUNUB)
Azərbaycanda daha 520 nəfər koronavirusa yoluxdu, 486 nəfər sağaldı, 8 nəfər öldü
Qənirə Paşayeva: BMT səviyyəsində məhz Azərbaycanın təşəbbüskarlıqları dəfələrlə öz parlaq ifadəsini tapıb
XİN Hafiz Paşayevə həyat yoldaşının vəfatı ilə bağlı başsağlığı verib
AQTA daha 74 obyektdə pozuntular aşkarlayıb (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb
Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən daha bir aktiv koronavirus xəstəsi saxlanıb (VİDEO)
Rəşad Mahmudov: Koronavirusa yoluxan həkim Teymur Cəfərov EKMO cihazına qoşulub
Yevlaxda qanunsuz fəaliyyət göstərən kafe aşkar edilib
Xalq artisti Nəzakət Teymurova koronavirusa yoluxub
SOCAR "Cənub Qaz Dəhlizi"nə investisiya həcmini açıqlayıb
Ağcabədi sakinindən tüfəng və marixuana götürülüb (FOTO)
Güclü yağış Gəncədə bir sıra fəsadlar törədib (FOTO)
Sevil Mikayılova: Bütün dünyanın diqqəti Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu tədbirə yönəlib
Paytaxtda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir (FOTO)
Ceyhun Məmmədov: 166 ölkə arasında Azərbaycanın 54-cü pillədə qərarlaşması ölkəmiz üçün böyük uğurdur
Sumqayıtda küllü miqdarda patron aşkar edilib (FOTO)
Gürcüstandan təxliyə olunacaq Azərbaycan vətəndaşlarında COVID-19 aşkarlanmayıb
Gürcüstanın paytaxtında partlayış baş verib
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb
Qazaxda tank əleyhinə raket tapılıb (FOTO)
Vüsal Qasımlı: Azərbaycan elektron hökumətin inkişafına görə dünyada “yüksək liqa”dadır
Çinin şimalında zəlzələ baş verib
Atəşkəs rejimi 43 dəfə pozulub
Qırğızıstanda zəlzələ baş verib
ABŞ-da baş verən atışmada 2 polis əməkdaşı həlak olub
Bir qrup rusiyalı həkim pandemiya ilə mübarizədə kömək etmək üçün Azərbaycana gəlir
Şirvanda yanğın olub
Məşhur hindistanlı aktyor koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib
Qazaxda hərbi təyinatı olmayan metal əşya tapılıb
ABŞ-da sutkada 71 mindən çox insan koronavirusa yoluxub
Binəqədidə yaşayış binasında yanğın olub
İranda yaşayış binasında qaz partlayıb
FHN: Yağış sularının dolduğu ərazilərdə təxirəsalınmaz tədbirlər həyata keçirilir
Moskvada koronavirusdan daha 27 nəfər ölüb
Türkiyədə koronavirusdan sağalanların sayı 193 min nəfəri ötüb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 219 mindən çox artıb
213 obyektdə sanitar-epidemioloji tələblər pozulub
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Ananı məqsədlərinə alət edən qardaşlar: Emin və Mehman Hüseynovlar nəyi demək istəmirlər? - TƏFƏRRÜATLAR (VİDEO)
Abşeronda avtomobil yanıb
DİN, Baş Prokurorluq və Kənd Təsərrüfatı Nazirliyi keçirdikləri birgə əməliyyatla bağlı məlumat yaydı (VİDEO)
Nepalda sel və torpaq sürüşməsi qurbanlarının sayı 40-a çatıb
Rusiyada ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı baş tutmadı
Azərbaycan XİN: Ermənistan rəhbərliyi apardıqları siyasətə görə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tamamilə tək qalıblar
Çində zavodda partlayış baş verib
Baş Nazir bağlanan 3 bankla bağlı Konstitusiya Məhkəməsinə sorğu gondərdi
“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir
Azərbaycanda havanın temperaturu 38 dərəcəyə yüksələcək
BMT Baş Assambleyasının 31-ci xüsusi iclasının ilkin gündəliyi dərc olunub
Pendirin orqanizmə faydaları və təhlükələri
Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu (VİDEO)
Qırğızıstanda ötən gün 552 nəfər koronavirusa yoluxub
Azərbaycanda koronavirusdan sağalan 90 yaşlı nənə - Onu siz də tanıyın (VİDEO)
Bağ evində narkotik əkib-becərən keçmiş məhkum saxlanılıb (FOTO)
Nazirlik verilən 190 manata qarpız alaraq parçalayan şəxslə bağlı məsələyə münasibət bildirdi
ABŞ-da 66 mindən çox yoluxma qeydə alındı
Prokurorluq Ucar sakininin döyülərək öldürülməsi ilə bağlı məlumat yayıb
Nazirlik bəzi şəxslərin 190 manat almaması ilə bağlı suallara aydınlıq gətirdi
AzMİU-nun magistratura səviyyəsinə onlayn qeydiyyat davam edir
Xızıda körpünün altından 13 ədəd zenit top mərmisi və patronlar tapıldı (FOTO)
Azərbaycan “Davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub - Bəhruz Quliyev
Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu, 514 nəfər sağaldı, 6 nəfər öldü
Cəlilabadda karantini pozan 6 obyekt aşkarlanıb
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib
Ekspert: Pik saatlarda yalnız avtobuslarla Bakının sərnişindaşıma tələbatını ödəmək çətindir
Azər Badamov: Azərbaycan BMT-nin hesabatında tutduğu mövqeyinə görə regional liderdir
Şəkidə təkrar qarğıdalı əkini aparılır (FOTO)
İsmayıllıda 900 kq-dan artıq narkotik vasitə məhv edilib i(FOTO)
Nizami rayonunda parkın içində tikilən qanunsuz obyekt sökülüb (VİDEO)
AzMİU tələbələri Şuşanın memarlıq abidələrinin bərpa eskiz layihələrini hazırlayıblar (FOTO)
Özbəkistanda həftəsonu günlərində özünütəcrid rejimi tətbiq olunacaq
Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Baş Nazir kolleclərlə bağlı qərar imzalayıb
Bütün xəbərlər