...

AccessBank ilə qışınız yaz olsun!

İqtisadiyyat Materials 2 Dekabr 2019 19:06 (UTC +04:00)
Hər il olduğu kimi, AccessBank bu il də Yeni il ərəfəsində müştərilərini hədiyyəsiz qoymur.
AccessBank ilə qışınız yaz olsun!

Bakı. Trend:

Hər il olduğu kimi, AccessBank bu il də Yeni il ərəfəsində müştərilərini hədiyyəsiz qoymur. Bankın budəfəki fürsətləri ilə hər birinizin qışı yaza çevriləcək.

AccessBank-dan Trend-ə verilən məlumata görə, bankın Yeni il münasibətilə dekabrın 30-dək keçirdiyi "Qışınız yaz olsun" kampaniyasından faydalanan müştərilər sərfəli şərtlərlə biznes və istehlak kreditlərini əldə edə bilər. Kampaniyanın şərtlərinə əsasən, müştərilərimiz kreditlər üzrə ödənişlərə 3 ay sonra başlayacaq.

Siz də AccessBank-ın sərfəli təkliflərindən yararlanın ki, qışınız yaz olsun.

Ətraflı məlumatı bankın rəsmi saytından, Facebook və Instagram səhifələrindən, eləcə də 151 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti