...

Qoşqar Təhməzli: Trans yağların normativ həddinin aşağı salınması məsələsi qanunla tənzimlənməlidir

İqtisadiyyat Materials 29 Dekabr 2019 15:46 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda qida yağlarının tərkibindəki trans yağların normativ həddinin aşağı salınması məsələsi qanunla tənzimlənməlidir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda trans yağlarla bağlı normativ hədd göstəricisi 8 %-dir. Amma Q.Təhməzli hesab edir ki, bu göstərici 2 %-ə endirilməlidir:

"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi istəyir ki, Avropa Qida Təhlükəsizliyi Agentliyinin tövsiyələrinə uyğun olaraq, ölkədə də trans yağlarının yuxarı həddini 2 % edək. Təbii ki bu məsələ qanunvericilikdə öz əksini tapmalıdır. Energetik içkilərdə olduğu kimi, hazırda trans yağlarla da bağlı müvafiq normativ-hüquqi sənədlər hazırlanır. Sənədlər hazır olduqdan sonra Ədliyyə Nazirliyində qeydiyyatdan keçiriləcək və sonra hüquqi qüvvəyə minəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti