...

VTB bankın strategiyası Azərbaycan iqtisadiyyatının tələblərinə cavab verir

İqtisadiyyat Materials 4 Mart 2020 13:30 (UTC +04:00)
VTB (Azərbaycan) bankının proqnozları və strateji baxışı Azərbaycan hökumətinin ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində strateji baxışı ilə üst-üstə düşür
VTB bankın strategiyası Azərbaycan iqtisadiyyatının tələblərinə cavab verir

Bakı. Eldar Canaşvili - Trend:

VTB (Azərbaycan) bankının proqnozları və strateji baxışı Azərbaycan hökumətinin ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində strateji baxışı ilə üst-üstə düşür.

Trend-in məlumatına görə, bunu VTB (Azərbaycan) bankının İdarə heyətinin sədri Yevgeni Kirin 2019-cu il üzrə fəaliyyətinə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, bank da Azərbaycan dövləti kimi özünü yüksək risklərdən qorumaq üçün portfelinin şaxələndirilməsində maraqlıdır:

“Yaxın zamanlarda VTB-nin portfeli Azərbaycanın daxili bazarındakı tələbat və trendlərə uyğunlaşaraq şaxələndiriləcək və müəyyən mənada struktur baxımından ölkənin ÜDM-nə bənzəyəcək. Biz, həmçinin vəsaitlərin böyük hissəsinin hüquqi şəxslərin kreditləşməsinə yönəlməsində maraqlıyıq. Ötən il bankın əsas gəlir aləti olan kredit portfelini stabilləşdirmək mümkün oldu. Kredit portfeli 40 faiz artıb ki, bu da demək olar ki, korporativ kreditlərin hesabına təmin olunub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti