...

Hələlik beynəlxalq uçuşların həyata keçirilməsi nəzərdə tutulmur - Hikmət Hacıyev

İqtisadiyyat Materials 16 Aprel 2020 17:21 (UTC +04:00)
Hələlik beynəlxalq uçuşların həyata keçirilməsi nəzərdə tutulmur - Hikmət Hacıyev

Bakı. Elçin Mehdiyev – Trend:

Hələlik beynəlxalq uçuşların həyata keçirilməsi nəzərdə tutulmur və bu, may ayına da şamil ediləcək.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev qeyd edib ki, həmin müddətdə xüsusi çarter reysləri istisna olmaqla, sərnişin daşımalarının həyata keçirilməsinə yol verilməyəcək.

O qeyd edib ki, bu tədbirlər virusun xaricdən idxal olunmasının və yenidən yoluxmaların qarşısının alınması məqsədilə həyata keçirilir.

H.Hacıyev əlavə edib ki, ölkə daxilində uçuşların bərpa olunması da müzakirə edilir: "Naxçıvanla Bakı arasında aviareyslərin bərpa olunması məsələsinə baxıla bilər: “Amma burada karantin rejimi ilə bağlı vəziyyət də nəzərə alınmalıdır. Naxçıvan Ermənistanın yürütdüyü siyasət nəticəsində blokadadadır. Lakin pandemiya müddətində Naxçıvandakı vətəndaşların zəruri tələbatının həyata keçirilməsi üçün bütün tədbirlər görülüb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti