Emin Hacıyev: Sumqayıt ölkəmizin qeyri-neft ixracındakı payını artırır

Emin Hacıyev: Sumqayıt ölkəmizin qeyri-neft ixracındakı payını artırır

Bakı. Elçin Mehdiyev - Trend:

Sumqayıt şəhəri ölkəmizin qeyri-neft ixracındakı payını artırır.

Bunu Milli Məclisin 43 saylı Sumqayıt 3-cü seçki dairəsindən seçilən deputatı Emin Hacıyev Trend-ə müsahibəsi zamanı bildirib.

Müsahibəni təqdim edirik:

- Emin müəllim, pandemiyanın və dünya neft bazarındakı məlum qiymət anti-rekordunun Azərbaycan iqtisadiyyatına təsirləri, sizcə, hansı miqyasda ola bilər?

- Şübhəsiz qlobal iqtisadiyyatın bir parçası olaraq dünyada baş verən proseslərin ölkəmizə də təsirləri qaçılmazdır. Pandemiya bütün dünya ölkələri, beyin və tibb mərkəzləri, dünya neft bazarındakı dalğalanma isə neft ixrac edən ölkələr qarşısında yeni çağırışlar yaradıb. Neftin qiymətində kəskin eniş bir neçə il öncə də baş verib və Azərbaycan strateji qərar qəbul edərək ölkə iqtisadiyyatının diversifikasiyasına gedib, bu istiqamətdə mühüm nəticələr əldə edib. Son illər ardıcıl olaraq ÜDM-də qeyri-neft sektorunun payı artmaqda davam edir. 2019-cu ildə qeyri-neft sektorunda ümumi daxili məhsulun real artımı 3,5 faiz təşkil edib. Cari ilin 3 ayında isə 23 faizlik artıma nail olunub. Bir faktı da deyim ki, ötən il toplanmış vergilərin 71 faizi qeyri-neft sektorunun payına düşüb.

- Qeyri-neft sektorunun icxracda payının artması yəqin ki, daha çox arzuolunandır.

- Bəli, bu, dövlət siyasətində prioritet təşkil edir. Azərbaycan məhsullarının dünyaya çıxarılması, tanıdılması istiqamətində dövlət müxtəlif layihələr həyata keçirir, "Made in Azerbaijan" brendinin tanıdılması üçün marketinq-reklam addımları atır, sahibkarları təşviq edir, xarici ölkələrdə Azərbaycan Ticarət Evləri yaradılır və s. Nəticədə artım özünü ixracda da göstərir. Bu ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının dəyəri 296 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5% çoxdur. Bu artım tendensiyası son illərdə ardıcıl olaraq nəzərə çarpır.

- Bu günlərdə Prezident İlham Əliyev Sumqayıtın qazla təchizatının yaxşılaşdırılması ilə bağlı xəttin açılışında iştirak etdi. Bu Sumqayıt üçün nə kimi əhəmiyyət kəsb edəcək?

- Bu gün Azərbaycan regionun yalnız siyasi-iqtisadi lideri və karbohidrogen resurslara malik ölkəsi kimi seçilmir, həm də kimya-sənaye mərkəzinə çevrilib. Bu mənada Sumqayıtın yeri xüsusilə qeyd olunmalıdır. Bu gün Sumqayıt Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Sumqayıt istənilən baxımdan regionun ən dinamik inkişaf edən, ən müasir şəhərlərindən birinə çevrilib. Dövlətimizin başçısı bu günlərdə Sumqayıta çəkilən magistral qaz kəmərinin açılışında iştirakı zamanı şəhərin inkişafı ilə bağlı bir neçə strateji məqama toxundu. Cənab Prezident qeyd etdi ki, şəhərin bir xəttin üzərində qidalanması müəyyən problemlər yarada bilərdi. İndi isə bu ikinci xətt həm artan tələbatı ödəyəcək, həm də ikinci sığorta layihə kimi sumqayıtlıları təmin edəcək. Bu xətt Sumqayıtın sənaye müəssisələrini də qazla təchiz edəcək. Burda söhbət həm də bundan sonra şəhərdə yaradılacaq müəssisələrdən gedir.

Dövlət başçısının çıxışında Sumqayıtın inkişafı ilə bağlı gələcəyə dair mesajlar da əks olunub. Cənab Prezident görülən işlərlə maraqlandı, eyni zamanda bildirdi ki, biz Sumqayıtı daha müasir şəhərə çevirməliyik və əminəm ki, buna nail olacağıq. Dövlətimizin Sumqayıtın inkişafı ilə bağlı konsespsiyası xüsusilə üç istiqaməti özündə ehtiva edir: birincisi, şəhərin sənaye potensialının gücləndirilməsi, yeni müəssislərin qurulması, beləliklə, həm də iqtisadiyyatın qeyri-neft sahəsində şaxələndirməni davam etdirmək, ikincisi, iş yerlərinin yaradılması ilə sumqayıtlıların məşğulluq məsələlərini tam həll etmək və nəhayət, üçüncüsü, şəhərin infrastrukturunun müasirləşdirilməsi.

Sumqayıtda son illərdə qurulan polimer və karbomid zavodları yerli tələbatı ödəməklə yanaşı, ixracda əhəmiyyətli rola malikdir, eyni zamanda Sumqayıt Kimya Sənaye Parkı, Sumqayıt Texnologiyalar Parkı və digər müəssisələr, həm də məşğulluq məsələsinin həlli deməkdir. Dövlətimizin başçısı bildirdi ki, biz şəhərin inkişafına kompleks şəkildə yanaşırıq və sənaye potensialının artırılması bundan sonra da davam edəcək. Ona görə ikinci qaz xəttinin istifadəyə verilməsi həm bu günün tələbatını ödəyir, həm də bundan sonra inşa ediləcək, yaradılacaq müəssisələrin potensialını nəzərdə tutur. Bu, o deməkdir ki, Sumqayıt sənaye şəhəri kimi regionun aparıcı mərkəzi mövqeyini gücləndirəcək və beləliklə, həm də Azərbaycanın qeyri-neft sahəsi üzrə ixracına töhfəsini artıracaq.

- Sumqayıtda qazla təchizatda problem var idimi?

- Xeyr, Sumqayıt qazla 100 faiz təchiz olunur. Ancaq bəzi yerlərdə təzyiq bəzən aşağı olub. Seçicilərimizlə görüşlərdə bu məsələ bir neçə dəfə qaldırılıb. Yəqin ki, yeni xəttin istifadəyə verilməsi ilə bu problem də həllini tapacaq.

Ümumiyyətlə, Sumqayıtda başlıca infrastruktur məsələləri həllini tapır. Müasir, yeni qurulan Sumqayıt bulvarı, yeni inzibati binalar, parklar, xiyabanlar şəhərə gözəllik verir, dam örtükləri yenilənib, bu vaxtadək 1 100 binanın dam örtüyü təmir olunub, bu il isə daha 190 binada yenilənmə ilə bu proses uğurla başa çatacaq. Lift sistemi yenilənib, yollar abadlaşdırılır, asfalt örtükləri yenilənir. Nəqliyyat infrastrukturu tamamilə yenilənib, yeni avtobuslar alınaraq xəttə buraxılıb. İndi sahibkarlardan gözlənti odur ki, şəhər nəqliyyatında kart sistemi tətbiq olunsun. Bu, həm şəffaflığı artıracaq, həm də nizam-intizam yaradacaq.

- Bəs daha hansı infrastuktur yeniliklərinə ehtiyac var?

- Bəli, şəhər böyüyür, əhali artır, müəssisələr, iş yerləri artır. Bu şəhərin yükünü də artırır və infrastuktur bu yükə uyğunlaşdırılmalıdır. və deməliyik ki, yeni tələblərə adaptiv addımlar atılır. Sumqayıtlıların həllini gözlədiyi iki məsələni qeyd etmək istərdim. Birincisi, "Acı dərə" kanalı ilə bağlıdır. Ceyranbatandan başlayan bu kanal Sumqayıtın içərisində axıb keçir və müəyyən bir ərazidə kanal açıq vəziyyətdədir, bəzi ərazilərdən çirkab sular bu kanala axmağa davam edir. Doğrudur, onun bir hissəsi boruya salınıb, amma proses tam olaraq başa çatmayıb. Ümid edək ki, yaxın gələcəkdə bu kanalın boruya salınması investisiya layihələrinə salınacaq və bu problem müsbət həllini tapacaq.

İkinci məsələ, məişət tullantılarının emalı zavodunun qurulması ilə bağlıdır. Xüsusilə bu emal zavodu ən müasir texnologiyalara cavab verərək istilik və elektrik enerjisinin alınmasına xidmət etməlidir. Məsələn İsveç kimi ölkədə tullantıları emal edən müəssisələr ölkənin 16% istilik enerjisini, 2% yaxın isə eləktrik enerjisini təmin edir. Bu təcrübə bir çox inkişaf etmiş ölkələrdə mövcuddur. Çox yaxşı olardı ki, belə bir zavodun tikilməsi də gələcəkdə nəzərdə tutulsun.

BMT dünya turizm sektorunun itkilərini proqnozlaşdırıb
BMT dünya turizm sektorunun itkilərini proqnozlaşdırıb
“Expo 2020 Dubai"da Azərbaycanın turizm imkanları tanıdılır (FOTO)
“Expo 2020 Dubai"da Azərbaycanın turizm imkanları tanıdılır (FOTO)
Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalıb
Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalıb
Loading Bars
Xəbər lenti
ABŞ dövlət katibi Bayden ilə Putin "ən yaxın gələcəkdə" danışaçağını açıqlayıb
Ən məhsuldar smartfonun adı məlum olub
Koronavirusun "omikron" ştammı 38 ölkədə aşkar edilib - ÜST
Türkiyə prezidenti Soçidə keçirilən üçtərəfli görüşün əsas nəticələri barədə məlumatlandırılıb
Mingəçevir Dövlət Universitetində təhsil tələbə krediti ilə bağlı infosessiyalar keçirilib (FOTO)
AQTA daha 5 müəssisədə pozuntular aşkarlayıb
Bakıda çoxmərtəbəli binada yanğın olub, ölən var
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
“Hamı üçün layiqli iş - heç kim kənarda qalmasın” mövzusunda konfrans keçirilib (FOTO)
Azərbaycan Dillər Universitetində “Bir günlük xəlifə”lər seçilib (FOTO)
MDU-da “Tələbə Mediası” layihəsinin iştirakçıları ilə görüş olub
UNEC İqtisadi Forumunun sonuncu paneli: Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya (FOTO)
Ombudsman nümayəndəsi Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə keçirilən tədbirdə iştirak edib
“BakuBus” MMC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
Şamaxıda “İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda konfrans keçiriləcək
Ərdoğan və Putin Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər
Tikinti-Təchizat Birliyi MMC-nin saxlanılması xərcləri müəyyənləşib
Dayanıqlı maliyyəni təmin etmək üçün alternativ maliyyə mənbələri vacibdir - Orxan Məmmədov
Xəzər dənizində insan qalıqları aşkarlanaraq sudan çıxarılıb - SOCAR
Heydər Əliyev Fondu ilə UNICEF arasında növbəti Anlaşma Memorandumu imzalanıb (FOTO)
Ombudsman İtaliyada bir sıra rəsmi görüşlər keçirib (FOTO)
Bakıda şantaj yolu ilə qızı intihara vadar edən oğlan həbs edildi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 703 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb
Bakıda Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə təlim uçuşları icra olunub (FOTO/VİDEO)
Sahil Babayev Qəbələdə şəhid ailəsi və qazilər üçün yaradılmış müəssisə və təsərrüfatlara baxış keçirib (FOTO)
Xaçmazda Vətən müharibəsi qazisi ziyarət olunub (FOTO)
Postmünaqişə dövrünün reallıqları - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Roma papasının Aİ-dəki nümayəndəsi koronavirusdan ölüb
Ceyhun Bayramov ATƏT-in baş katibi ilə regionda baş verən son prosesləri müzakirə edib
Dekabrın 6-na USD/AZN rəsmi məzənnəsi
Livanın informasiya naziri istefa verib
İsmayıllıda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlanıb
Muğanbankda struktur dəyişikliyi
Bu günə qədər "YAŞAT" Fonduna daxil olan vəsait açıqlandı
Azad edilən ərazilərdəki faciələrin 53 faizi qanunsuz səfərlərlə bağlıdır - DİN
“AzerGold” barəsində yayılan neqativ xəbərlərlə bağlı açıqlama yayıb
“The Banker” ABB-ni “İlin bankı” elan etdi!
Azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması üzrə konsepsiya hazırlanıb
İllik sosial təminat xərcləri 2018-2021-ci illərdə 60% artıb - Nazir
Bakıda yanan məişət tullantıları söndürülüb
Xaricdə təhsil almış daha 67 nəfərin diplomu tanınmayıb
Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb (FOTO)
Evi tərk edən koronavirus xəstəsi küçədə saxlanıldı
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bir neçə bərpa olunan enerji növü var - Təbriz Əmmayev
FHN mina axtarışında ilk dəfə itlərdən istifadə edib
Gömrük postunda 137 kiloqramdan artıq heroin aşkarlanıb
Siyəzəndə COVİD-19 xəstəsi sükan arxasında saxlanıldı
UNEC İqtisadi Forumu: Postpandemiya dövründə biznes transformasiyası (FOTO)
Yelo Bank LUKOYL Azərbaycan ilə birgə əməkdaşlıq çərçivəsində ilk özünəxidmət mərkəzini istifadəyə verdi (FOTO)
Ceyhun Bayramov ukraynalı həmkarı ilə nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib
Masazırda şəhid Nicat Salahovun il mərasimi keçirilib (FOTO)
Latviyada təyyarə eniş zolağından çıxıb - Hava limanı bağlanıb
Bakıda narkotik alveri edən daha bir dəstə yaxalandı (FOTO/VİDEO)
Bakıda NATO-nun təlim kursu keçirilib
Qubada əl qumbaraları tapılıb
Gələn ildən kənd təsərrüfatı üzrə verilən bütün aktivlər sığortalanacaq - Nazir
Cənubi Qafqazda vəziyyət həssas qalmaqdadır - Ann Linde
Ceyhun Bayramov Polşa xarici işlər naziri ilə görüşüb
Bakının mərkəzində yanğın olub
Şəmkirdə xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb (FOTO)
Pensiya ilə yanaşı, müavinətlər də artacaq - Sahil Babayev
Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)
Qarabağ və Şərqi Zəngəzurda heyvan xəstəliklərindən azad zona yaradılır
Türkiyə-Azərbaycan birgə universiteti yaradılacaq
İqlim təhlükəsizliyi ilə bağlı regional əməkdaşlıq platforması yaradıla bilər
17 nəfərə qarşı dələduzluq edən vəkilin şikayəti təmin edilmədi
Kəlbəcərin qızıl ehtiyatları ilə bağlı geoloji-axtarış işlərinə başlanılıb - Nazir
Qarabağın inkişaf strategiyası hazırlanır - Rəhman Hacıyev
Qarabağda kənd təsərrüfatının inkişafı üzrə işlərin miqyası 2022-ci ildə genişləndiriləcək - Nazir
Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi istifadəyə verildi (FOTO)
Yasamalda avtomobildən 10 min manatdan artıq pul oğurlanıb (FOTO/VİDEO)
Hərbi qulluqçumuz ona hücum edən erməni əsilli təxribatçını zərərsizləşdirib - MN
Amnistiya aktının icrasında prokurorluq orqanlarının da üzərinə məsuliyyətli iş düşür - Heydər Yusifzadə
Türkiyənin “Hürkuş” təlim təyyarəsi Azərbaycanda sınaqdan keçirilib (FOTO)
Avstraliya Ermənistan və Azərbaycanı sərhədin delimitasiyası və demarkasiyası məsələsini həll etməyə çağırır
OPEC-in qərarı neftin ucuzlaşması riskini yüksəldir
Bakıda daha bir küçə təmir edilib (FOTO/VİDEO)
Azərbaycan həmkarlar ittifaqlarının əməkdaşları ağacəkmə aksiyasında iştirak ediblər (FOTO)
Mövsümi xəstəliklər artıb: koronavirusla qripi necə ayırd edək?
Füzuli və Ağdamda su hövzələri minalardan təmizlənir - Polkovnik (VİDEO)
Mixail Qusman “Rusiya mədəniyyətinə töhfəsinə görə” döş nişanı ilə təltif edilib (FOTO)
“Sumqayıt Tikinti Xidmət” ASC özəlləşdirilir
16 saylı cəzaçəkmə müəssisəsindən 14 məhkum azadlığa buraxılıb (FOTO)
FHN minalarla bağlı vətəndaşlara çağırış edib (FOTO/VİDEO)
Türkiyədə inflyasiya son üç ildə ən yüksək səviyyəyə çatıb
Bakıda məktəb direktoru iki həftəlik karantinə cəlb edildi
Amnistiya aktı çərçivəsində 260 nəfər cərimədən azad edilib
İrandan Azərbaycana narkotik gətirən şəxsə hökm oxundu
ADU Konfutsi İnstitutunun təqdimatı keçirilib (FOTO)
“AzerGold” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Amnistiya aktı çərçivəsində 17 saylı cəzaçəkmə müəssisəsindən 122 məhkum azadlığa buraxılıb (FOTO)
2022-ci ilin büdcəsində dəyişiklik edilib
YARAT Müasir İncəsənət Məkanı 10 illik yubileyini qeyd edir
Türkiyə Qarabağda seysmik stansiyaların quraşdırılmasında Azərbaycana dəstək verəcək
Amnistiya aktı 65 qadına şamil edilib
Bakıda söyüşə görə qətl törədən 21 yaşlı gəncə ağır cəza verildi
İtaliya və Türkiyə mətbuatı Azərbaycan Ombudsmanının Ermənstanla bağlı hesabatlarından yazıb (FOTO)
Hesablama Palatasının gələn il üçün xərclər smetası haqqında qərar layihəsi qəbul olunub
Astara gömrük postunda 137 kiloqram heroin aşkarlanıb
Bütün xəbərlər