...

Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı açıqlanıb

İqtisadiyyat Materials 16 İyun 2020 23:55 (UTC +04:00)
Azərbaycanda 2020-ci ilin yanvar-may aylarında maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 127,7 milyon manatlıq məhsul istehsal edilmiş.
Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda 2020-ci ilin yanvar-may aylarında maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 127,7 milyon manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı isə 37,6 faiz artıb, maşın və avadanlıqların istehsalı isə 8,2 faiz azalıb.

Yanvar-may aylarında 672 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 248 ədəd az minik avtomobili istehsal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti