...

Dövlət Vergi Xidməti: İctimai iaşə obyektləri müəyyən qaydalar çərçivəsində işləyəcək

İqtisadiyyat Materials 15 Avqust 2020 13:01 (UTC +04:00)
Dövlət Vergi Xidməti: İctimai iaşə obyektləri müəyyən qaydalar çərçivəsində işləyəcək

Bakı. Eldar Canaşvili - Trend:

İctimai iaşə obyektlərində açılmalar müəyyən qaydalar çərçivəsində həyata keçiriləcək.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib:

Onun sözlərinə görə, müəyyən saat çərçivəsində iaşə obyektlərinin işinə icazə veriləcək: "Həmçinin sahibkarların üzərinə vəzifə qoyulur ki, içəri daxil olan müştərinin maskalardan istifadəsinə nəzarət etsin, olmadıqda onu təmin etsin. Həmçinin içəridə olan işçilər də maskadan istifadə etməlidir. Qaydalarda göstərilən tələblərin pozulmasına görə inzibati cərimələr tətbiq olunacaq. Bunda başqa, oturacaqlar arasında iki metr məsafəni təmin etmək lazımdır, bir masa arxasında isə 6 nəfərdən çox şəxs otura bilməz. Obyektlərə girişdə və kassa yaxınlığında dezinfeksiya vasitələri olmalıdır".

O əlavə edib ki, müəyyən fəaliyyət sahələrinin işinə ümumiyyətlə icazə verilmir və qadağan olunmuş fəaliyyət həyata keçirən təsərrüfat subyektlərinə qarşı qanunla müəyyən olunmuş cəzalar həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti