Bakı. Trend:
ABŞ Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Avropaya Azərbaycan qazının nəqlinin dayandırılması ilə bağlı problemlərin yaşanmaması üçün tərəfdaşlar ilə birgə işləyir.
Trend-in məlumatına görə, bunu ABŞ-ın Energetika naziri Den Bruyett deyib.
O bildirib ki, Avropada əvvəlki kimi qaz tələbatının artması müşahidə olunur:
"Biz Şərqi Aralıq dənizində qaz yataqlarının işlənməsi məsələsində tərəfdaşlarımızla sıx əməkdaşlığı davam etdirmək niyyətindəyik. Bu bölgələrdə enerji təhlükəsizliyi və sabitliyin təmin olunması barədə düşünürük".
D.Bruyett əlavə edib ki, Dağlıq Qarabağdakı münaqişə qısa müddət ərzində tənzimlənməzsə, regiona ciddi ziyan dəyəcək.