...

“Azərpambıq ASK” əsgər ailələri üçün xeyriyyə aksiyası keçirib (FOTO)

İqtisadiyyat Materials 12 Noyabr 2020 12:18 (UTC +04:00)
“Azərpambıq ASK” əsgər ailələri üçün xeyriyyə aksiyası keçirib (FOTO)

Bakı. Trend:

Ölkə Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışı böyük qələbəyə aparan yolda hər bir azərbaycanlının amalına çevrilib.

Bu məqsəd ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azərpambıq ASK” MMC tərəfindən əsgər ailələri üçün xeyriyyə aksiyası keçirilib. Cəmiyyətin təşəbbüsü ilə keçirilən aksiyada Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən Ağcabədi rayonundan hərbi xidmətə çağırılan 912 əsgər ailəsinə yaşadıqları ünvanda ərzaq yardımı paylanılıb.

“Azərpambıq ASK” MMC-nin əməkdaşları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımız və qüdrətli Ordumuzun əldə etdiyi böyük qələbə münasibətilə əsgər ailələrini təbrik edib, torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşən igid oğullarımızla qürur duyduqlarını və dövlətin daim əsgər ailələrinin yanında olduğunu bildiriblər. Əsgər ailələri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, aksiya təşkilatçılarına təşəkkürlərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti