Bakı. Samir Əli - Trend:
Vaksinlərin alınması ilə bağlı maliyyə vəsaiti iki mənbədən qarşılanacaq.
Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev deyib.
O bildirib ki, bunlar Koronavirusla Mübarizəyə Dəstək Fondu və müxtəlif illərdə dövlət büdcəsindən ayırmalardır.