...

Yataqların işlənməsinə nəzarət üçün elektron monitorinq sistemi yaradılacaq

İqtisadiyyat Materials 9 Mart 2021 17:24 (UTC +04:00)
Yataqların işlənməsinə nəzarət üçün elektron monitorinq sistemi yaradılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Yer təkindən istifadəyə nəzarət üçün vahid monitorinq sistemi yaradılacaq.

Trend-in məlumatına görə, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir Qurbanov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekspert saatı” proqramında deyib.

Onun sözlərinə görə, gələcəkdə monitorinq sistemi təkmilləşdiriləcəyindən canlı şəkildə yerlərə baxış keçirilməsinə ehtiyac olmayacaq. “Azərkosmos”un imkanlarından və digər müasir texnologiyalardan istifadə edilməklə yerlərdə sahibkarların fəaliyyəti izləniləcək.

S.Qurbanov qeyd edib ki, Yer təkinin istifadəçilərinin vahid pəncərə platfoprmasının yaradılması, ona verilən sənədlərin orada əksinin tapılması, elektron icazənin verilməsinin təmin edilməsi nəzərdə tutulur.

Agentlik sədri bildirib ki, sahibkar elektron platfortma üzərindən müəyyən işlərini həyata keçirə biləcək. Bu platformasnın e-hökumət sisteminə inteqrasiyası gözlənilir. Bunun nəticəsində dövlət tərəfindən hər bir sahibkarın fəaliyyətinə ciddi nəzarət edilə biləcək:

“Bundan başqa, ödənişlərin, geoloji kəşfiyyat hesabatların həmin sistem üzərindən edilməsi gözlənilir. Gələcəkdə Yer təkinin elektron hərrac yolu ilə istifadəsi planlaşdırılır”.

S.Qurbanov əlavə edib ki, innovativ yeniliklərinin bir hissəsi bu ilin sonunadək istifadəyə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti