...

Xaçmazda yeni fındıq emalı zavodu istifadəyə veriləcək

İqtisadiyyat Materials 5 Aprel 2021 17:10 (UTC +04:00)
Xaçmazda yeni fındıq emalı zavodu istifadəyə veriləcək

Bakı. Ceyhun Ələkbərov - Trend:

Xaçmazda yeni fındıq emalı zavodu istifadəyə veriləcək.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən bildiriblər. Qeyd olunub ki, ildə 1,5 min ton qabıqlı fındıq emal etmək gücündə olan zavodda 30-dən çox iş yeri açılacaq:

"Azərbaycanda böyük ixrac potensialı olan aqrar sahələrdən biri də fındıqçılıqdır. Ölkədə müasir üsullardan istifadə etməklə fındıq istehsalının artırılması, məhsulun yeni bazarlara çıxarılması məqsədilə tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlərdən biri də yeni texnologiyalar əsasında fəaliyyət göstərən fındıq emalı müəssisələrinin yaradılmasıdır.

“AZNUTS” MMC-nin Xaçmaz rayonunun Xudat şəhərində tikilmiş fındıq emalı zavodu da belə müəssisələrdəndir.

İldə 1,5 min ton qabıqlı fındıq emal etmək gücündə olan zavodda 30-dən çox iş yeri açılacaq. İnvestisiya dəyəri 2,7 milyon manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi, Nazirliyin Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 2 mln. manat güzəştli kredit verilib. Müəssisənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti