...

Zəngilanda ümumilikdə 11 faydalı qazıntı yatağı qeydiyyata alınıb - ETSN

İqtisadiyyat Materials 7 Aprel 2021 20:08 (UTC +04:00)
Zəngilanda ümumilikdə 11 faydalı qazıntı yatağı qeydiyyata alınıb - ETSN

Zəngilan. Samir Əli - Trend:

Zəngilan rayonu ərazisində ümumilikdə 11 faydalı qazıntı yatağı qeydiyyata alınıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəsmisi Şahin Ataşov deyib.

O bildirib ki, Oxçuçay üzlük daşı yatağının ümumi ehtiyyatı 6 618 min kubmetrdir. İşğal dövrünə kimi yataqda istismar işləri aparılmayıb: "İşğal zamanı yatağın Alabaşlı sahəsində istismar işləri aparılıb. Yataqda düşmən tərəfindən aparılan istismarın həcminin və dəymiş zərərin müəyyənləşdirilməsi üçün geoloji-təftiş işlərinin aparılmasına ehtiyac var. Yatağın ehtiyyatı üzlük daşı və çınqıl xammalı kimi öyrənilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti