...

ABŞ-da cari ildə ÜDM artımı 7 faizə yüksələ bilər

İqtisadiyyat Materials 4 May 2021 05:58 (UTC +04:00)
ABŞ-da cari ildə ÜDM artımı 7 faizə yüksələ bilər

Bakı. Trend:

2021-ci ildə iqtisadiyyatda pandemiyadan sonra aparılan bərpa tədbirləri nəticəsində ABŞ-da ÜDM artımı 1984-cü ildən bəri ilk dəfə 7 faizdən çox ola bilər.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu proqnozu Nyu-York Federal Ehtiyat Bankının prezidenti Con Vilyams "Əmlak və maliyyə sahələrində qadınlar" illik simpoziumunda onlayn formatda çıxış edərkən bildirib.

Aprel ayının əvvəlində Beynəlxalq Valyuta Fondu (BVF) bu il ABŞ-da ÜDM-in artım tempinin 6,4 faiz, 2022-ci ildə isə 3,5 faiz olacağını ehtimal edib. ABŞ Ticarət nazirliyinin məlumatlarına görə, 2021-ci ilin birinci rübündə illik hesablamada ÜDM artımı ölkədə 6,4 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti