Böyük Britaniyanın Azərbaycandakı biznes qrupunun nümayəndələri DGK-də olublar (FOTO)

Böyük Britaniyanın Azərbaycandakı biznes qrupunun nümayəndələri DGK-də olublar (FOTO)

Bakı. Trend:

İyunun 16-da Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə Böyük Britaniyanın Azərbaycandakı biznes qrupunun nümayəndələri arasında görüş keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, Komitə sədrinin müavinləri, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp, Birləşmiş Krallığın Azərbaycandakı biznes qrupunun rəhbəri Con Patterson və bu ölkədən olan iş adamları iştirak edib.

Birləşmiş Krallığın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp görüşün keçirilməsindən məmnunluğunu bildirib, iki ölkə arasındakı əməkdaşlıqdan, gömrük orqanları arasındakı qarşılıqlı münasibətlərdən, sərhədlərdə təhlükəsizliyin təmin olunması istiqamətində reallaşdırılan təcrübə mübadiləsindən danışıb.

Səfir Dövlət Gömrük Komitəsinin Azərbaycan iqtisadiyyatının inkişafında, vətəndaşların rifahının yaxşılaşdırılmasında, narkotiklərə qarşı mübarizədə, onların Avropaya daşınmasının qarşısının alınmasında xüsusi rol oynadığını bildirib. Birləşmiş Krallığın Azərbaycanda fəaliyyət göstərən iş adamları ilə gömrük məsələlərinə dair müzakirələrin aparılmasını yüksək qiymətləndirən diplomat görüşü qarşılıqlı əməkdaşlıq münasibətlərinin yeni müstəvisi kimi qiymətləndirib.

Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyalarda Birləşmiş Krallıq şirkətlərinin mühüm paya sahib olduğunu, əsasən neft-qaz sənayesi sahəsinə kapital qoyulduğunu vurğulayan səfir Azərbaycan hökumətinin iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atdığı addımları çərçivəsində təmsil etdiyi ölkənin şirkətlərinin qeyri-neft sektoruna da yatırım etdiyini diqqətə çatdırıb.

Azərbaycan hökumətinin həyata keçirdiyi təşviq siyasətinə uyğun olaraq işğaldan azad edilən ərazilərdə aparılan bərpa işlərində də Birləşmiş Krallığı təmsil edən şirkətlərin fəaliyyətə başladığını bildirən Ceyms Layl Şarp qarşılıqlı əməkdaşlığın dərinləşməsi üçün mövcud imkanlardan səmərəli istifadə olunacağına ümidvar olduğunu bildirib.

Son illər Azərbaycanda bütün sahələrdə, o cümlədən gömrük sistemində aparılan islahatların biznesin dəstəklənməsində, şəffaflığın təmin olunmasında, korrupsiyanın aradan qaldırılmasında mühüm rol oynadığını, tətbiq edilən yeniliklərin Azərbaycanın reytinqini yüksəltdiyini diqqətə çatdıran səfir bu məlumatların Avropa İttifaqının, Birləşmiş Krallığın, eyni zamanda bir sıra beynəlxalq qurumların apardığı araşdırmalarda da əksini tapdığını vurğulayıb.

Sonda Ceyms Layl Şarp görüşün təmsil etdiyi ölkənin iş adamları ilə gömrük orqanları arasında səmərəli, işgüzar münasibətlərə mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iki ölkə arasındakı səmərəli və işgüzar əməkdaşlıqdan danışıb, Birləşmiş Krallığın Azərbaycanda fəaliyyət göstərən iş adamlarının da bu münasibətlərin güclənməsinə və dərinləşməsinə mühüm töhfələr verdiyini bildirib.

Prezident İlham Əliyev tərəfindən son illər ərzində bütün sahələrdə olduğu kimi gömrük sistemində də aparılan mütərəqqi islahatlardan bəhs edən Səfər Mehdiyev tətbiq edilən yeniliklər hesabına gömrük orqanlarının kadr potensialının gücləndirildiyini, daha müasir və çevik strukturun formalaşdırıldığını, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması, şəffaflığın tam təmin olunması istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.

O da qeyd olunub ki, hazırda “nəzarətdən xidmətə” prinsipi əsasında fəaliyyət göstərən gömrük orqanları ən müasir yanaşma və metodlardan istifadə edir və gömrük işinin təşkili prosesində çatışmazlıqların aradan qaldırılması məqsədilə hər zaman biznes nümayəndələrinin, o cümlədən britaniyalı iş adamlarının təklif və rəylərini dinləməyə, dəyərləndirməyə hazırdır.

Səfər Mehdiyev vurğulayıb ki, tətbiq edilən yeniliklərin nəticəsidir ki, son 3 ildə narkotiklərlə mübarizə çərçivəsində Avropaya daşınmasına cəhd göstərilən 6 tona qədər narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Gömrük orqanlarının şəffaflığın təmin olunması, korrupsiya və “kölgə iqtisadiyyatı”na qarşı mübarizə tədbirlərindən də bəhs edən Komitə sədri görülən işlərin nəticəsi olaraq dövlət büdcəsinə ödənəcək vergi və rüsumların 2 milyard manatdan 4 milyarda çatdırıldığını bildirib.

Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində aparılan təkmilləşdirmələr, gömrük əməliyyatlarının tamamilə elektronlaşdırılması, risk əsaslı gömrük nəzarəti tədbirlərinin, “Yaşıl dəhliz” və digər innovativ yeniliklərin tətbiqi hesabına fiziki yoxlamaların 80 faiz azaldıldığını bildirən Səfər Mehdiyev gömrük orqanlarının beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi üçün ən qabaqcıl təcrübələrdən faydalandığını diqqətə çatdırıb.

Komitə sədri ümidvar olduğunu bildirib ki, bu görüş çərçivəsində qarşılıqlı səmərəli fəaliyyət üçün yeni imkanlar yaranacaq və əməkdaşlıq daha da güclənəcək.

Daha sonra görüşdə britaniyalı iş adamları tərəfindən müəyyənləşdirilən konkret məsələlər ətrafında müzakirələr aparılıb, biznes nümayəndələrinin sualları cavablandırılıb.

“Yelo Bank” fitness zalı üçün tender elan edir
“Yelo Bank” fitness zalı üçün tender elan edir
“AccessBank” tender elan edir
“AccessBank” tender elan edir
Dövlət Agentliyi 300 min manatlıq proqram təminatı alır
Dövlət Agentliyi 300 min manatlıq proqram təminatı alır
Loading Bars
Xəbər lenti
Parisdən cənuba gedən sürət qatarlarının hərəkəti dayandırılıb
Azərbaycan triatlonçusu Rostislav Pevtsov "Tokio-2020"də mübarizə aparıb
Türkiyənin hakim partiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir (FOTO)
Tunis prezidenti ölkə parlamentinin fəaliyyətinin dayandırıldığını elan edib
İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib
Türkiyədə son sutkada koronavirusdan 5 211 nəfər sağalıb
İspaniyalı motoyarışçı Milian turnir zamanı qəzada həlak oldu
Londonda leysan yağışlar küçələrdə hərəkəti iflic edib
Şahmat üzrə Dünya kuboku: Vasif Durarbəyli səkkizdəbir finalda heç-heçə edib
Çində körpü çöküb, ölənlər var
Bakıda transformator yanıb
Basketbol üzrə ABŞ yığması Olimpiada çərçivəsində son 17 ildə ilk dəfə məğlub olub
Prezident İlham Əliyev Serbiyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)(YENİLƏNİB)
Mingəçevirdə beşmərtəbəli yaşayış binasında yanğın olub
Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Fransada 71 etirazçı saxlanılıb
Yerevanın təcavüzkar siyasəti Ermənistanı yeni problemlərlə qarşılaşdıracaq - Ömər Çelik
Vətəndaşlara xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş şəxs ekstradisiya olunub - Baş Prokurorluq
Qazax sakinində “patı” aşkarlanıb
Samuxda toy qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub (FOTO)
Olimpiya medalçılarına 30 saniyəlik maskanı çıxarmağa icazə verildi
Qəbələdə şadlıq sarayının sahibi 4 min manat cərimələnib
Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub - MN
Xorvatiyada avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
Göyçay sakinindən “patı”, heroin və metadon həbləri aşkarlanıb (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda daha 386 nəfər koronavirusa yoluxub
Şəhid pilot polkovnik-leytenant Rəşad Atakişiyevin anım mərasimi keçirilib (FOTO)
Cəbrayıl şəhərciyində və Bərdədə karantin qaydalarının pozulduğu toylar aşkar edilib
Rusiyada koronavirusa daha 24 min nəfər yoluxub
Bərdə və Beyləqan sakinlərindən narkotik aşkar edilərək götürülüb
Hacıqabulda şadlıq sarayının icarədarı 4000 manat cərimə olundu (FOTO)
Yevlaxda əməliyyat keçirilib, “patı”, heroin və psixotrop həblər götürülüb
Gürcüstanda zəlzələ olub
İranda daha 27 min nəfər koronavirusa yoluxub, 268 nəfər ölüb
FHN Badamdar qəsəbəsində baş verən yanğınla bağlı məlumat yayıb
Türkiyə ordusu Suriyanın şimalında 7 terrorçunu məhv edib
Lənkəranda atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib (FOTO)
Türkiyə parlamentinin sədri Azərbaycana səfərə gəlir
Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Göyçayda toy sahibi cərimələnib (FOTO)
Gürcüstanda daha 2 061 nəfər koronavirusa yoluxub
Salyanda karantin qaydalarını pozan şəxslər cərimələnib (FOTO)
Masallıda karantin qaydalarını pozan obyekt sahibləri və toy təşkilatçıları cərimələnib (FOTO)
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevin qələbə və inkişafa hədəflənmiş xarici siyasəti - TƏHLİL
Zaqatalada polis “patı”əməliyyatı keçirib, keçmiş məhkum saxlanılıb (FOTO)
Əfqanıstan ordusu bir sutka ərzində 175 "Taliban" üzvünü zərərsizləşdirilib
DİN: COVID-19 pasportu olmayan 1562 nəfər toy şənliyinə buraxılmayıb
Dövlət Miqrasiya Xidməti Azərbaycanda yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Saatlıda toyda icazə verilən həddən artıq sayda qonağın iştirak etməsi müəyyən edilib (FOTO)
Goranboyda qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb (FOTO)
Qazaxıstanda koronavirusa daha 6 631 nəfər yoluxub
Şirvanda şadlıq evlərində reyd keçirilib (FOTO)
Dünya çempionumuz Tokio-2020-yə qələbə ilə başlayıb
UNESKO avtotunelin inşa ediləcəyi təqdirdə Stounhedcin Dünya irsi obyekti statusunu ləğv edə bilər
Hindistanın paytaxtında koronavirusla bağlı məhdudiyyətlər yumşaldılır
Azərbaycan gimnastı Marina Nekrasova Tokio Olimpiadasında təsnifat mərhələsində çıxış edib
Azərbaycanda quraqlıqla mübarizə üçün sudan necə istifadə edilməlidir? - Alimdən açıqlama
Dünyada COVİD-19 əleyhinə 3,8 milyarddan çox peyvənd istifadə edilib
Marina Nekrasova Tokio Olimpiadasında dayaqlı tullanma üzrə çıxış təqdim edib
Fransada meşə yanğınları 800 hektar ərazidə bitkiləri məhv edib
Azərbaycan gimnastı Tokio Olimpiadasında xalça üzrə sərbəst hərəkətlərdə çıxış edib
Marina Nekrasova Tokio Olimpiadasında gimnastika tiri üzərində çıxış təqdim edib
Azərbaycan gimnastı Tokio Olimpiadasında müxtəlif hündürlüklü qollarda çıxış edib
Tokio-2020: Azərbaycan gimnastı Marina Nekrasova mübarizəyə qoşulur
Güclü yağışlar Belçikanın cənubunda yeni daşqınlara səbəb oldu
Bağdadda onlarla dinc sakinin həyatına son qoyan partlayışın təşkilatçıları saxlanılıb
ABŞ-da konsert zamanı atışma olub, ölənlər var
"Fərat Qalxanı" əməliyyatı ərazisində iki türk hərbçisi şəhid olub
Badamdar qəsəbəsində baş verən yanğın söndürülüb
Ərəb koalisiyası husilərin üç minalanmış dronlarını dəf edib
İranın yeni prezidenti ilə Oman sultanı arasında telefon danışığı baş tutub
Türkiyədə son sutkada koronavirusdan 5 383 nəfər sağalıb
Təhsil naziri müəllimlərin işə qəbulu ilə bağlı narazılıqlara münasibət bildirib
Fransada sanitar buraxılış vərəqələrinə qarşı mitinqlərə 160 min sakin qoşulub
TƏBİB Xalq artisti Səməd Səmədovun ölümü ilə bağlı məlumat yayıb
“Dağlıq Qarabağ” olmadığı kimi “status” məsələsi də yoxdur - Leyla Abdullayeva
Hankook Tire Cənubi Koreyada zavodunun işini dayandırır
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 412 nəfər koronavirusa yoluxub
Çinin Henan əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 58-ə yüksəlib
Danimarkada Azərbaycan diasporunun fəal üzvü dünyanın ən məhsuldar alimi seçilib
Xalq artisti Səməd Səmədov vəfat edib
Kamerunda hərbi bazaya hücum: 7 hərbçi öldürülüb
“ADPU-nun Quba filialı: regionun elm, təhsil və mədəniyyət məbədi” adlı layihəyə start verilib (FOTO)
Sakit okeanda 6,1 bal gücündə zəlzələ baş verib
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
Bir qrup media və QHT nümayəndəsi jurnalistlər üçün tikilən binanın şəhid ailələrinə verilməsi üçün müraciət ediblər
Cəbrayıl rayonunun Sofulu kəndi (VİDEO)
"Azercell" Milli Olimpiya Komandasına uğurlar arzulayır (FOTO)
Toylarda monitorinqlər: 83 nəfər cərimələnib, 741 nəfər şənliyə buraxılmayıb
Azərbaycan gimnastı Yay Olimpiya oyunlarında təsnifat mərhələsində iştirak edib
Bulvarda özünü dənizə atan gənc qızın meyiti çıxarılıb
Sərhəddə baş verən təxribatlara görə bütün məsuliyyət tam olaraq Ermənistanın üzərindədir - Naqif Həmzəyev
Azərbaycan gimnastı Yay Olimpiya oyunlarında mübarizəyə qoşulur
Ağcabədidə karantin qaydalarını pozan restoran sahibi barəsində cinayət işi başlanılıb
Polis bir neçə şəhər və rayonda əməliyyat keçirdi: "Patı" satanlar saxlanıldı (FOTO/VİDEO)
İranda daha 259 nəfər koronavirusdan ölüb
"S&P" Azərbaycanın kredit reytinqlərini "stabil" səviyyədə saxlayıb
Bütün xəbərlər