...

Türkiyə Azərbaycanla birgə Qarabağda hansı işləri görəcək? - Fəaliyyət planı açıqlanıb

İqtisadiyyat Materials 8 İyul 2021 12:32 (UTC +04:00)
Türkiyə Azərbaycanla birgə Qarabağda hansı işləri görəcək? - Fəaliyyət planı açıqlanıb

Bakı. Çingiz Səfərli - Trend:

Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlığına dair fəaliyyət planının maddələri açıqlanıb.

Trend xəbər verir ki, burada Azərbaycanın işğaldan azad edilən bölgələrində əməkdaşlığa dair prioritet fəaliyyət planları da yer alıb.

Həmin maddələri təqdim edirik:

1. Azərbaycanın işğaldan azad olunan bölgələri ilə bağlı ortofoto xəritələrinin hazırlanması məsələsində texniki dəstəyin göstərilməsi - 2021-2022-ci illərdə

2. Azərbaycanda və işğaldan azad edilən bölgələrin yenidən inşasında Türkiyənin "Ağıllı şəhər" təcrübələrinin bölüşülməsi və bu sahədə əməkdaşlıq edilməsi - 2021-2022-ci illərdə

3. İşğaldan azad olunan bölgələrdəki abidələr üçün mümkün layihə sənədlərinin hazırlanması, eyni zamanda bərpa-konservasiya işlərində texniki və maliyyə dəstəyinin göstərilməsi - 2021-2022-ci illərdə

4. İşğaldan azad olunan bölgələrin yenidən əkinçilik üçün əlverişli hala gətirilməsi istiqamətində əməkdaşlıq edilməsi - 2021-ci ildə

5. İşğaldan azad olunan bölgələrdə "Yaşıl enerji" konseptinin həyata keçirilməsi üçün əməkdaşlığın aparılması - 2021-2023-cü illərdə

6. Ortaq radiometrik və radioloji araşdırmaların aparılması - 2021-2025-ci illərdə

7. Yenidənqurma işlərinin maliyyələşdirilməsi ilə bağlı texniki dəstəyin göstərilməsi - 2021-2022-ci illərdə

Məqalədə:
Xəbər lenti

Xəbər lenti