...

Bakıda torpağın qiyməti ucuzlaşıb

İqtisadiyyat Materials 14 İyul 2021 09:16 (UTC +04:00)
Bakıda torpağın qiyməti ucuzlaşıb

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda ötən illə müqayisədə torpağın qiyməti ucuzlaşıb.

MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, ötən ilin iyun ayı ilə müqayisədə torpağın qiymətində 10.22 % ucuzlaşma müşahidə edilib, lakin bu ilin iyun ayında torpaq qiymətləri 0.49 % bahalaşıb.

Bakıda fərdi yaşayış və bağ evlərinin qiyməti bahalaşıb.

Belə ki, iyun ayı ərzində fərdi yaşayış və bağ evlərinin satış qiyməti 3.8 faiz, ötən illə müqayisədə isə 7.33 faiz bahalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti